Məhkəmə qərarları › İş №3(027)-595/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-595/2022

30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-595/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakı ilə, Şəxs barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Quba RPŞ-nin İTB-nin sahə rəisi Ş.Fətəliyev tərəfindən tərtib edilmiş MN 139851 nömrəli, 14 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 2022-ci ilin yanvar ayının sonlarında xüsusi icazəsi olmadan ov silahı gəzdirmiş və qanunsuz ov etmişdir. Quba RPŞ-nin İTB-nin sahə rəisi Ş.Fətəliyev tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 14 iyun 2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs 2022-ci ilin yanvar ayının sonlarında Quba rayonu Digah kəndi ərazisində bağ sahələrində qanunsuz çöl dovşanını ov silahı ilə vuraraq, öz istiqram səhifəsində paylaşmışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki,iki ədəd ov tüfəngi miras kimi atasından qalıb, bir ədəd ov tüfəngini isə 1983-1984-cü illərdə Digah kəndində meyvəçilik sovxozunda gözətçi işlədiyi dövrdə briqadir Zahir Babayev vermişdi. Ov həvəskarı olduğu üçün 10 ildir ki, qışda Əşrəfov Ədalət ilə birlikdə ov edir.Sonuncu dəfə 2022-ci ilin yanvar ayının sonlarında Quba rayonu Digah kəndi ərazisində bağ sahələrində çöl dovşanını ov silahı ilə vurmuşdur. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə Quba rayon PŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokolu və işdə olan sənədlərini tam, hərtərəfli tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir. Belə ki, iş materialında olan Azərbaycan Respublikasının DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1965-ci ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 32704 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 1954-cü ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 117574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 1956-cı ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 93574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi texniki cəhətdən nasazdır və yalnız sağ lülədən atəş üçün yararlıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi) icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə, habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sürsatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 272.3 və 590.2-ci maddələri ilə inzibati tənbeh tətbiq edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs, 1965-ci ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 32704 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi, 1954-cü ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 117574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi və 1956-cı ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 93574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi müsadirə edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə ov hüququnun məhdudlaşdırılması barədə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31,114-115, 117 və 272.3, 590.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1965-ci ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 32704 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi, 1954-cü ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 117574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi və 1956-cı ildə Tula silah zavodunda istehsal olunmuş,16 kalibrli (çaplı), TOZ-B modelli, 93574 nömrəli yivsiz, çaxmaqlı, qoşa lüləli bir ədəd ov tüfəngi müsadirə edilməklə, 01 (bir) il 6 (altı) ay müddətinə ov hüququ məhdudlaşdırılsın Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar