Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-595/2024 26.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X1 Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə müəyyənetdi: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, X4 xx.xx.2023-cü il tarixli qərarının onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat inzibati tənbeh vermə haqqında qərarının həmin hissədə ləğv edərək barəsində olan inzibati işin həmin maddəyə aid hissəsinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, mülkiyyətində ** BL *** dövlət nömrə nişanlı “Naz Lifan” markalı avtomobil vardır və həmin avtomobil "xxxx"ASC şirkəti tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixində saat 12:10 radələrində Quba-Qonaqkənd yolu istiqamətində hərəkətdə olarkən yan tərəfdən gələn “Mercedes Benz 240” markalı, ** VD *** dövlət qeydiyyat nömrəli avtomobil qarşısına çıxmış və o, yol nəqliyyat hadisəsi baş verməməsi üçün əks istiqamətdə manevr etmiş, lakin avtomobil onun hərəkət istiqamətinə çıxmış və o, hadisənin baş verməməsi üçün manevr etmiş və idarə etdiyiyi avtomaşın “Mercedes Benz” markalı avtomaşına dəymişdir. Həmin avtomaşına 1064,85 manat məbləğində zərər dəymiş və həmin zərəri "xxxx"ASC şirkəti qarşılamışdır. Lakin sonradan "xxxx" ASC şirkəti ona məktub göndərərək, avtomobilə dəymiş zərər üçün ödədiyi 1064,85 manat pulu məndən 7 (yeddi) iş günü ərzində şirkətin hesabına geri ödəməyini tələb etmişdir. Qeyd etmişdir ki, X5 əməkdaşları idarə etdiyi avtomaşınına baxış keçirmiş və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə, İXM-nin 332.1-ci maddəsinə görə 40 manat cərimə olunması, İXM 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın onun təqsiri olmadığını bildirmişlər. Sonradan "xxxx" ASC tərəfindən məktub gələndə ona məlum olmuşdur ki, İXM-327.1-ci maddəsinin bəndinə görə onu 40 manat cərimə etmişlər. Ona görə də “Mercedes Benz 240” markalı, ** VD *** dövlət qeydiyyat nömrəli avtomobilə dəymiş 1064.85 manat maddi zərəri ondan tələb edirlər. O, DYP-nın barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli qərarın İXM 327.1-ci maddəsinin təqsirli bilinmə hissəsilə razılaşmır. Qərar həmin hissədə qanunsuz və ədalətsizdir. Belə ki, o, idarə etdiyi avtomobillə Quba-Qonaqkənd yolu ilə Quba rayonu İİ Nügədi kəndi istiqamətində hərəkət edərkən yolun Qonaqkənd tərəfə olan istiqamətinə “Mercedes- Benz” markalı ** VD *** dövlət qrydiyyath avtomobil yol hərəkəti qaydalarını pozaraq, onun hərəkət istiqamətimə çıxmış və o da hadisənin qarşısını almaq üçün manevr etdim, lakin Mercedes markalı avtomaşın düz onun hərəkət istiqamətində olduğu üçün idarə etdiyi avtomaşın onun avtomobilinə toxunmuşdur. Bildirimişdir ki, əgər DYP-nin əməkdaşları hadisənin baş verməsi barədə tərtib etdikləri sxemi və hadisə yerindən görüntüləri əldə edib dəqiq araşdırma aparsalar məlum olacaqdır ki, yol nəqliyyat hadisənin törədilməsində onun təqsiri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, şikayət vermiş şəxs X2 və Quba rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Eyni zamanda həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, X2 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrinin tələblərinə riayət etməyərək, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edərək, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək, qaydaları pozmuşdur. Ona görə də Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edimiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrinə əsasən Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-595/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-595/2024
26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver