Məhkəmə qərarları › İş №3(027)-595/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-595/2025

14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-595/2025 14.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Quba rayonu, Alpan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, fərdi qaydada işləyən, Quba rayonu, Alpan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Daxil olmuş 04 iyul 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Qubadlı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)- 257/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(028)-40/2021 saylı icra sənədlərini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Əvvəlki məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2025-ci il tarixli protokolu tərtib etmiş X7 izahatında bildirmişdir ki, Qubadlı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)- 257/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qubadlı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(028)- 40/2021 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2022-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir.Lakin borclu icra sənədini heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun bank hesablar, digər gəlir yerləri,daşınar-daşınmaz əmlaklarının olub-olmaması yoxlanılmışdır. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. İş üzrə borclu Şəxs aliment üzrə bu günədək 18645 manat məbləğində aliment pulu ödənilmiş və hazırda 815 manat borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, hazırda qarşı tərəflə razılıq əldə etmişdir. Ay sonu aliment borcundan ödəniş edəcəkdir. İcra sənədinin icrasından yayınmır və mütəmadi olaraq ödənişlər edəcəkdir. Hazırki məhkəmə iclasında iştirak edən icra məmuru X5 verdiyi izahatında bildirdi ki, tələbkar, Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsinə razı deyildir. Aralarında razılaşma əldə edilmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ilə əlaqə saxlanılmış, sözügedən şəxs borclu ilə aralarında razılaşdıqlarını, aliment məbləğini ödəyəcəyini bildirmişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)- 257/2020 saylı icra vərəqəsinə əsasən xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qubadlı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(028)- 40/2021 saylı icra vərəqəsinə əsasən isə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment xx.xx.2020-ci il tarixdən başlayaraq borclu Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli “icraata başlamaq haqqında qərar” ların surətindən göründüyü kimi, qeyd edilən icra sənədiləri üzrə həmin tarixdə icraata başlanmışdır. xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli bildirişin surətindən göründüyü kimi, Qubadlı rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(028)- 257/2020 saylı və xx.xx.2021-ci il tarixli, 2(028)- 40/2021 saylı icra vərəqələrinin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Eyni zamanda məbləğin yüksək olmadığını, şəxsin aliment ödənilməsindən yayınmadığını və tərəflər arasında razılaşma əldə olunmasını nəzərə almaqla, məhkəmə həmin qənaətə gəlir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar