Məhkəmə qərarları › İş №3(027)-597/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-597/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-597/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi Barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan “X6 Mərkəzi” MMC-nin nümayəndəsi X4 və protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Quba rayonu, Qırız Dəhnə kəndi ərazisində fəaliyyət göstərən “X6 Mərkəzi” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 237.1 və 266.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə Quba rayonu, Qırız-Dəhnə kəndi ərazisində fəaliyyət göstərən “X6 Mərkəzi” MMC-nin fəaliyyəti zamanı ərazi tullantılarla çirkləndirilmişdir və mövcud manqalxananın tüstü bacasında tüstü və iy boğucu qurğu və avadanlıq quraşdırılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqına iş üzrə icraat aparılan “X6 Mərkəzi” MMC-nin nümayəndəsi X5 inzibati xətaya görə özünü təqsirli bilməyərək, bildirmişdir ki, protokol tərtib olunarkən maddi və hüquq normaları pozulmuşdur, rəsmi nümayəndələrinin iştirakı olamadan tərtib olunmuşdur. Müəssisə 2003-cü ildən fəaliyyət göstərir, onlar isə icarə əsasında fəaliyyət göstərirlər. Sözügedən ərazi onların öz ərazisidir. Protokolda qeyd olunan Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsinin “X6 Mərkəzi” MMC-yə aidiyyəti yoxdur. Belə ki, həmin maddədə nəzərdə tutulan hallar onlarda yoxdur. Ona görə də “X6 Mərkəzi” MMC barəsində tərtib olunan protokol əsassızdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 protokolu müdafiə etdiyini və iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, “X6 Mərkəzi” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın olur ki, ərazi tullantılarla çirkləndirilmişdir və mövcud manqalxananın tüstü bacasında tüstü və iy boğucu qurğu və avadanlıq quraşdırılmamışdır. Eyni zamanda şəkildə MMC-nin nümayəndəsinin iştirakı görünür. MMC-nin nümayəndəsi şəkildə göstərilmiş yerin tullantılarla çirklənmə halı ilə bağlı qeyd etmişdir ki, tullantıların yığılması ilə bağlı otaq ayrılmışdır. Lakin digər hissələrdəki tullantıların necə yaranması ilə bağlı suala aydınlıq gətirə bilməmişdir. Həmçinin zibillərin daşınması ilə bağlı protokol tərtib edildikdən sonra müvafiq müqavilənin bağlanması üçün aidiyyəti üzrə müraciət etdiklərini bildirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Akta əsasən sözügedən çatışmazlıqlar aşkar edilərkən MMC-nin inzibatçısının iştirakı təmin olunmuş və sonuncu aktı imzalamaqdan imtina etmişdir. MMC-nin icarə müqaviləsi əsasında fəaliyyət göstərməsi ilə bağlı xüsusatlar MMCnin qanunvericiliyin tələblərinə riayət etmək öhdəliyini aradan qaldırmır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsində yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə-vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 266.1-ci maddəsində şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. “Tullantılar haqqında” Qanuna əsasən tullantılar haqqında qanunvericiliyin tələblərini pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq intizam, inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Qanunun 11-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicəsağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, habelə içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində, eyni zamanda faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə və yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Göründüyü kimi iş üzrə toplanmış sübutlarla “X6 Mərkəzi” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X6 Mərkəzi” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, “X6 Mərkəzi” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1 və 266.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 237.1 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 112, 114, 115, 117, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “X6 Mərkəzi” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 8500 (səkkiz min beş yüz) manat məbləğində və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinin törədilməsində təqsirli bilinərək 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. “X6 Mərkəzi” MMC qəti olaraq 16000 (on altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar