Məhkəmə qərarları › İş №3(027)-598/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-598/2021

03.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-598/2021 03.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü ildə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsilə Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 31.07.2021-ci il tarixdə səhər saatlarında Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Məhəmməd” market adlanan mağazanın şüşəsini çəkilclə sındıraraq oradan ümumi dəyəri 12 manat 30 qəpik olan 1 ədəd günəbaxan tumu və 1 ədəd fındıq ləpəsini oğurlamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, 31.07.2021-ci il tarixdə səhər saatlarında ac və pulsuz olduğundan Quba şəhəri, Fətəlixan küçəsində yerləşən “Məhəmməd” marketə yaxınlaşmış və qapısının bağlı olduğunu görüb çəkiclə mağazanın üst şüşə olan hissəsini sındıraraq, əli çatan məsafədən 1 qutu günəbaxan tumu və 1 qutu təmizlənmiş fındıq dənəsi olan qutunu götürmüşdür. Əməli sərxoş vəziyyətdə törətmiş, əməlindən peşmandır və bir daha belə əməl etməyəcəkdir. Ona yüngül tənbeh verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Quba şəhəri, Fətəlixan küçəsində Meydan ərazisində yerləşən ərzaq mağazasını icarəyə götürmüşdür. 31.07.2021-ci il tarixdə saat 02 radələrində həmin mağazanın qapılarını bağlayaraq evə getmiş, saat 08:30 da işə gəldikdə mağazanın qapısının yarıdan yuxarı şüşə olan hissəsinin sınıq olduğunu və içəridən 1 ədəd dəyəri 1 manat 30 qəpik olan günəbaxan tumu, 1 ədəd dəyəri 11 manat olan fındığın oğurlandığını görmüşdür. Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin TQ-nin təhqiqatçısı, polis leytenantı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 avqust 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgənin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati tənbeh təbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıram. İş materialları ilə Şəxs məsuliyyətini yünülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xəta haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Törətdiyi inzibati xətanın xarakterini, onun törədilməsi hallarını, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edirəm ki, Şəxs inzibati xətanın törədilməsi zaman qüvvədə olan Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin sanksiyası həddində yəni 200 (iki yüz) saat ictimai işlər tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 112, 113,114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, inzibati qaydada 200 (iki yüz) saat ictimai işlər tətbiq olunsun. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar