Məhkəmə qərarları › İş №3(027)-6/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-6/2025

09.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-6/2025 09.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Quba RPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.2-ci və 327.3-cü maddələrlə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 şikayət ərizəsilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, TP ******* qərarla inzibati qərarı ləğv edib, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində “Mercedes-Benz 250D” markalı **-CN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Maddi imkanı yaxşı olmadığından taksi fəaliyyəti ilə məşqul olur və xx.xx.2024-cü il tarixdə idarə etdiyi avtomaşınla sərnişin daşıyan zaman Quba- Qusar yolunun 1 km-də yuxarı tərəf istiqamətində hərəkətdə olarkən BDYPİ-nin Quba rayon əməkdaşları ona maşını saxlamaq göstərişini veriblər. Lakin o yolayrıcında olduğundan və qanunsuz hərəkət etmədiyinə görə avtomobili saxlamamışdır. Lakin sonradan telefonuna sms gələrək, guya AR İXM-nin 327.2 və 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı -nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi qaydalarının pozulması qaydasını pozmaqla qeyd etdiyi inzibati xətanı törətmişdir və buna görə 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərar qanunsuz və ədalətsiz olmaqla qəbul edilmişdir. Belə ki, əgər o Quba-Qusar yolunun 1 km-də avtomobil ilə hərəkətdə olan zaman əgər hər hansı qanunsuz olaraq yol hərəkətinin qaydalarını pozmuş olsaydı, BDYPİ-nin Quba rayon əməkdaşları bu barədə ona həmin xətanı törətməyi barədə kamera görüntülərini təqdim etməli idilər. Ona görə də hesab edir ki, onlar heç bir sübut olmadan qanunsuz şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edərək cərimə etdiklərindən həmin qərar ləğv edilməli və barəsində olan cərimə silinməlidir. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Həmin qərar qanunsuz və ədalətsiz olmaqla qəbul edilmişdir. Belə ki, əyər o Quba-Qusar yolunun 1 km-də avtomobil ilə hərəkətdə olan zaman hər hansı qanunsuz olaraq yol hərəkətinin qaydalarını pozmuş olsaydı BDYPİ-nin Quba rayon əməkdaşları bu barədə ona həmin xətanı törətməyi barədə kamera görüntülərini təqdim etməli idilər. İlkin məhkəmə baxış iclasında şikayət verən X2 ərizənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, polis əməkdaşları ona maşını saxlamaq göstərişini verdiyində o işarənin ona yönlləndiyini anlamamış, bu səbəbdən saxlamaq işarəsinə tabe olmamışdır. Barəsində tərtib olunmuş qərarın əsassız olduğunu və həmin qərarın ləğv edilməsini xahiş etmişdi. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan inzibati xəta haqqında Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarına əsasən, X2 xx.xx.2024-cü il tarixdə “Mercedes-Benz 250D” markalı **- CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qusar yolunun 1 km-də yuxarı tərəf istiqamətində hərəkətdə olarkən, yolayrıcını keçmə qaydalarının pozulması, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (yüz) manat cərimə edilmişdir. X2 şikayətini polis əməkdaşının ona maşını saxlamaq göstərişini verdiyini, lakin yolayrıcında olduğundan avtomobili saxlamaması ilə əsaslandırmışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yolayrıcı – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Nizamlanmayan yolayrıcı – nizamlayıcının olmadığı, svetoforun qurulmadığı və ya söndürüldüyü, yaxud yanıb-sönən sarı rəngli işıq siqnalının işlədiyi yolayrıcıdır; “Yol hərəkəti haqqında” AR Qanununun 75-ci maddəsinə 4-cü bəndinə əsasən yanıb-sönən sarı siqnal olduqda, svetoforlar işləmədikdə və ya nizamlayıcı olmadıqda, yolayrıcı nizamlanmayan hesab edilir və sürücülər nizamlanmayan yolayrıcılarını keçmə qaydalarını və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməlidirlər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 80 (səksən) manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM 327.3-ci maddəsinə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə-yüz manat məbləğində cərimə edilir Məhkəmə, araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 idarə etdiyi avtomobillə nizamlanmayan yolayrıcını keçmə qaydalasını pozmuş və yolayrıcında quraşdırılmış üstünlük nişanlarını əsas tutaraq hərəkət etməmiş, habelə polis əməkdaşlarının maşını saxlamaq göstərişinə tabe olmamışdır Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22013339 seriyalı elektron qərar hüquqi və faktiki əsaslar olmaqla qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən tərtib edilmiş Quba RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin Azərbaycan Respublikası İXMnin 327.2-ci və 327.3-cü maddələrlə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* elektron qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar