Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-601/2025 07.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızının, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən şəxs X2. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1ı və Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 1688342-2831 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Zərərçəkmiş şəxs1 qızına və Zərərçəkmiş şəxs2 nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi X4 bildirdi ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilərək gösətrmişdir kİ, xx.xx.2025-ci il tarixdə uşağını görmək üçün keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 yaşadığı Quba rayonu, Alpan kəndinə yerləşən evinə getmiş, həmin vaxt Cənnət və qaynanası Mahru onun qarşısına çıxaraq, aliment ödəmədiyi tədirdə uşağı ona göstərməyəcəklərini bildirmişlər. Həmin vaxt aralarında mübahisə olmuş, onları söymüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə Şəxs azyaşlı övladını görməyə gəlmişdir. Ona alimentini ödədikdən sonra övladını görə biləcəyini bildirəndə Şəxs onu itələmiş və yerə yıxmışdır. Mübahisə zamanı Sənan ona və anası X3 qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs onun keçmiş kürəkənidir. Şəxs onun yaşadığı ünvana gələrək ona və qızı Zərərçəkmiş şəxs1 qarşı nalayiq ifadələr işlətmiş, evin həyətinə daxil olaraq qızı Fətəliyev Cənnətə əl qaldırmışdır. Onları ayırarkən qolundan xəsarət almışdır. Hazırda Şəxs barəsində qanuni tədbir görülməsini xaiş edir. Şəxs məhkəmə iclası zamanı ifadə verərək bildirmişdir ki, uşağını görmək üçün ünvana getdiyi zaman keçmiş arvadı alimenti ödəməyəcəyi təqdirdə uşağı ona göstərməyəcəyini demişdir, halbuki aliment öhdəliyini icra edir. Zərərçəkmiş şəxs tərəfindən iclasda təqdim edilmiş telefon vasitəsi ilə çəkilmiş video bu xüsusatları təsdiq edir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkən şəxsləri və protokol tərtib edən şəxsi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 70 (yetmiş) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-601/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-601/2025
07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver