Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-602/2022 05.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X11 qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1962-ci ildə Quba rayonu, Digah kəndində anadan olmuş, Quba şəhəri, 24cü məhəllə ünvanında qeydiyyatda olan və yaşayan (X6 xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Şəxs idarə etdiyi “\JNZ. 21099” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobillə 10 km/saat sürətlə Quba şəhəri C.Cabbarlı küçəsində ikinci dərəcəli yoldan 2.5 Stop yol nişanının tələbinə məhəl qoymayaraq hərəkətini davam etdirib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq Quba şəhəri 223-cü atıcı dviziya küçəsində baş yolda 60 km/saat sürtətlə hərəkətdə olan X3 idarə etdiyi “Opel Vectra” markalı 10-XR- 886 dövlət qeydiyyat nişanlı avtomobilin önünə çıxmış, eyni zamanda Rəvan Vəliyevin də hadisənin qarşısını almaq üçün texniki imkanı olsa da həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması nəticəsində hər iki avtomobil toqquşmuş, nəticədə Şəxs və X7 az ağır, X8 yüngül, X9 isə dərəcəsi təyin olunmayan bədən xəsarətləri almışdır. Bu barədə Quba RPŞ-nin polis kapitanı X1 Ramiz Abdul oğlu barəsində 25 may 2022-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, o, 01 dekabr 2021-ci il tarixdə saat təxminən 18 radələrində qızı Ayteli işdən götürüb idarə etdiyi Vaz-21099 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə ünvan 2 ünvanındakı evinə gedirmiş. Avtomobili etibarnamə ilə idarə edir və avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. Quba şəhəri C.Cabbarlı küçəsi ilə 223-cü atıcı Diviziya küçəsinin kəsişməsində sağ istiqamətini gözləmiş, görmüşdür ki, yol boşdur və hərəkətə başlamış, bu anda sağ istiqamətdən baş yoldan gələn avtomobilin onun avtomobilini sağ tərəfindən vurması nəticəsində qəza baş vermişdir və avtomobil sürüşərək reklam lövhəsinin dəmir dirəyinə dəyərək dayanmışdır. Dərhal avtomobildən aşağı enmiş, qabaq sağ qapını açıb qızını aşağı endirmək istəmişdir, lakin qapı əzildiyindən açılmamışdır. Bu zaman qızı Ayteli sürücü tərəfdən qapıdan hadisə yerinə gələn şəxslərin köməyi ilə çətinliklə çıxarmışdır. O orada olan şəxslərdən xahiş təcili yardıma zəng etmələrini və qızını xəstəxanaya aparılmasını xahiş etmişdir. Orada olan bir nəfər tanımadığı şəxs öz avtomobili ilə onları Quba rayon Diaqnostika mərkəzinə aparmış, xəstəxanada həkim müayinəsindən o və qızı keçmişdir, qızı Ayteli Qusar “OKl” tibb mərkəzinə aparmış və yenidən hər ikisi müayinə olunmuşdur. Qızı Aytelin bədənində 3 yerdə sınıq, onda isə qabırğasında sınıq xəsarətləri olmuşdur. Sonra isə polis əməkdaşları Diaqnostika mərkəzinə gəlib müəyyən sorğu-sual etmişdirlər. Avtomobil ilə yeni hərəkətə başlamış, elə bu vaxt hadisə baş vermişdir. Hava şəraiti qaranlıq, yağışlı və çiskinli olduğundan “Opel Vektra” markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili o yolun hərəkət hissəsində yaxın məsafədə təxminən 4-5 metrlikdə görmüşdür. Hadisə zamanı spirtli içkinin təsirində olmamış, hadisədən əvvəl də spirtli içki qəbul etməmişdir. Avtomobili idarə edərkən yol şəraitinə nəzarət edə bilirmiş, heç bir maneə olmamış, sadəcə olaraq hava şəraiti çiskinli olmuşdur. Hadisə zamanı avtomobilində bir nəfər qızı Aytel İsabalayeva olmuş, Aytel qabaq oturacaqda əyləşmiş və həmin vaxt bədəninin müxtəlif yerlərindən xəsarət almışdır. Hadisə baş verən anadək avtomobilində heç bir nasazlıq olmamışdır. Hadisə zamanı o sağ qabırğa sınığı, çənə nahiyəsindən və sağ budundan xəsarət almışdır. Hadisə baş verənədək avtomobillə sol istiqamətə manevr etsəydi digər avtomobillə toqquşma baş verə bilərmiş, bu səbəbdən heç bir texniki imkandan istifadə etməmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir, ona görə də onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin həmin maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı X12 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 aprel 2022-ci il tarixli qərardan görünür ki, 1 dekabr 2017-ci tarixdən qüvvəyə minmiş 20 oktyabr 2017-ci il tarixli qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən bu Məcəllənin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Ona görə də, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. Material üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1156 nömrəli ekspert rəyindən görünür ki, X3 bədəni üzərində olan xəsarət- üst dodağın selikli qişasında əzilmiş cırılmış yara küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 01 dekabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlıqda qısa müddətə pozğunluq törətdiyindən sağlamlığa yüngül zərər vurmaya aiddir. Material üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1157 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində olan xəsarət- alında solda sıyrıq küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 01 dekabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmadıqlarından dərəcəsi təyin olunmayan xəsarətlər növünə aiddir. Material üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1158 nömrəli ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində olan xəsarətlər- alt dodağın selikli qişasında əzilmiş yara, döş qəfəsində sağda yumşaq toxumanın əziyi və qançırı, sağ tərəfdən 6-cı qabırğanın körpücük xətti üzrə az yerini dəyişən sınığı başın sol təpə nahiyyəsindəki əzilmiş yara yeri küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 dekabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Material üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsinə dair Səhiyyə Nazirliyinin MTE PA ETT Birliyinin Quba rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 1182 nömrəli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində olan xəsarətlər- baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ təpə nahiyyəsinin əzilmiş- cırılmış yarası, qasıq sümüyünün sağ şaxəsinin və oma sümüyünün sağ şaxəsinin yerini dəyişən sınıqları küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən vaxta, yəni 01 dekabr 2021-ci il tarixə uyğun gəlir, bu xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlıqda uzun müddətə pozğunluq törətdiyindən sağlamlığa az ağır zərər vurmaya aiddir. Material üzrə təyin olunmuş yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə dair Ədliyyə Nazirliyinin MEM-in Yol-Nəqliyyat Hadisələrinin ekspertizaları şöbəsinin xx.xx.2022- ci il tarixli, 8/142 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21099 markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel Vectra markalı, **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü X3 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 327.8-ci maddədə nəzərdə tutulmuş 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-602/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-602/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver