Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-606/2021 10.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 və onun vəkili X1 iştirakı ilə, X2 Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 tərəfindən tərtib edilmiş TP ******* saylı, 27.07.2021-ci il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayonu Təbliğat üzrə inspektor polis kapitanı X4 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, 27.07.2021-ci il tarixli qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə olunmuşdur. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 bildirdi ki, Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X3 27.07.2021-ci il tarixli, TP- 4508090 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İXMnm 338.5.2 -ci maddəsi ilə nəzərdə tutulan inzibati xətannın törədilməsində təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Qərara əsasən o, həmin qaydada təqsirli bilinib, barəsində inzibati tənbeh tətbiq edilmişdir, ona görə ki, 25 iyul 2021-ci il tarixdə, saat 08:30-da Quba0Xaçmaz yolunda guya onun tərəfindən mal-qara asfalt və sement-beton örtüklü yollarla ötürülmüşdür. Hesab edir ki, Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X3 27.07.2021-ci il tarixli, TP-4508090 saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassızdır. Ona görə də ləğv edilməlidir. Belə ki, o, qəssab olaraq mal kəsimi ilə məşğuldur. 25.07.2021-ci il tarixdə o, qardaşı Varəngi Novruz, atası Varəngi Tahir ilə birlikdə Xaçmaz mal bazarında İlkin adlı satıcıdan aldıqları 2 baş malı qonşuları Vüqar adlı şəxsin “Qazel” markalı nəqliyyat vasitəsinə mindirdikdən sonra Xaçmaz Quba yolunun kənarında yerləşən qartal adlanan yerin yaxınlığında yerləşən təpədə düşürtmək istəyərkən təxminən 300 kilo diri çəkisi olan mal ipi qıraraq atası Tahir Varəngiyə buynuzu ilə xəsarət yetirərək, qardaşının və sürücünün üzərinə cumaraq qaçmış, Xaçmaz istiqamətindən Quba istiqamətində yüksək sürətlə hərəkət edən Kia markalı, **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuşdur. Bu hadisənin baş verməsində onun heç bir günahı olmasa da, barəsində İXM-nin 338.5.2-ci maddəsi ilə protokol və qərar tərtib olunmuşdur. Qeyd olunan maddənin dispozisiyasında mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi nəzərdə tutulmuşdur. Bu hadisədə isə onlar malı asfalt yolla ötürməmişlər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X3 iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı, 25.07.2021-ci il tarixli protokoldan görünür ki, 25.07.2021-ci il tarixdə, saat 08:30-da Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, 27.07.2021-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 25.07.2021-ci il tarixdə, saat 08:30-da Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən TP ******* saylı, 27.07.2021-ci il tarixli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə təqsirli bilinib, 40 manat məbləğində cərimə edilmişdir. Hadisənin ərizəçinin izahatında qeyd etdiyi, mal-qaranın ona və atasına xəsarət yetirərək, asfalt yola çıxması, Kia markalı, **- FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin yol üçün nəzərdə tutulmuş sürət həddini aşması halları araşdırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, X2 27.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla, lazımi qaydada araşdırma aparılmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.2-ci maddəsinə əsasən at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 tərəfindən X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında TP ******* saylı, 27.07.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Quba rayon Polis Şöbəsinin DYPB-nin polis kapitanı X4 tərəfindən qəbul edilmiş TP ******* saylı, 27.07.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-606/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-606/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver