Məhkəmə qərarları › İş №3(027)-61/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-61/2025

05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-61/2025 05.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh vermə haqqında Quba RPŞ-nin DYPB-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan verilmiş şikayətə baxaraq, müəyyənetdim: X6 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, 30 dekabr 2024-cü il tarixdə saat 13-07 radələrində, Quba şəhəri Heydər Əliyev prospektində, köhnə avtovağzal ərazisində, idarə etdiyi mersedes beniz C200 minik markalı ** BK *** dövlət nişanlı avtomaşınla hərəkətdə olduğu vaxt, Quba rayon yol patrul inspektoru polis baş serjantı X10 tərəfindən, həmin gün qanunsuz olaraq barəsində, "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilən İnzibati xəta haqqında İXP ******* saylı protokol və həmin protokol üzrə Quba rayon polis şöbəsinin DYPB-nin poiis mayoru X5 tərəfindən 13 yanvar 2025-ci il tarixdə barəmdə çıxarılmış TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın, Azərbaycan Respublikasının CPM-nin 212.3-cü maddəsinin tələbləri qaydasında öyrənilərək, qəbul edilmiş qərarın ləğv edilməsi üçün qanuni tədbir görülməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o 30 dekabr 2024-cü il tarixdə, saat 13:07 radələrində, Quba şəhəri Heydər Əliyev prospektində, köhnə avtovağzal ərazisində, idarə etdiyi mersedes beniz C200 minik markalı ** BK *** dövlət nişanlı avtomaşını ilə hərəkətdə olduğu vaxt, Quba rayon yol patrul inspektoru polis baş serjantı X10 tərəfindən saxlanılaraq, guya yol hərəkəti qaydasını pozmuşdur deyərək, onun barəsində "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilən İnzibati xəta Haqqında İXP ******* saylı protokol tərtib etmişdir. O, öz növbəsində, Quba rayon yol patrul inspektoru polis baş serjantı X8 izah etdi ki, o hansı inzibati hüquq pozuntusuna yol vermiş, o isə israrla bildirdi ki, yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsinə əsasən cərimə olunacaqdır. O, tərtib edilmiş 30 dekabr 2024-cü il tarixli İnzibati xəta haqqında İXP ******* saylı protokola öz etiraznıı bildirib qeyd etdi ki, ona inzibati xətanın video görüntüsünü göstərsin, eləcə də idarə etdiyi mersedes beniz C200 minik ** BK *** dövlət nişanlı avtomaşınla hərəkətdə olaraq yol hərəkəti qaydasını pozduğu yerin görüntüsünü göstərsin. Lakin buna baxmayaraq p gözlədi ki, bəlkə Quba rayon yol patrul inspektoru polis baş serjantı X10, öz səhvini dərk edərək, nəticə çıxardacaq. Onu da qeyd edir ki, Quba rayon yol patrul inspektoru polis baş serjantı X10 tərəfindən, 30 dekabr 2024-cü il tarixdə qanunsuz olaraq barəsində "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilən İnzibati xəta haqqında İXP ******* saylı protokolda, hansı yol hərəkəti qaydasının pozulması barədə heç nə qeyd etməmiş, həmin protokolda nə onun, eləcə də digər şəxslərin imzaları olmamışdır. Buradan da belə çıxır ki, Quba rayon yol patrul inspektoru polis baş serjantı X14 istənilən yol nəqliyyat vasitələrinin sürücüsünə, şifahi olaraq inzibati protokol yaza bilər. 13 yanvar 2025-ci il tarixdə Quba rayon polis şöbəsinin DYPB-nin polis mayoru X5, (tutduğu vəzifə qeyd edilməmişdir), Quba rayon yol patrul inspektoru polis baş serjantı X10 tərəfindən, 30 dekabr 2024-cü il tarixdə qanunsuz olaraq barəmdə, "Yol hərəkəti qa . calan və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı, Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında İXP ******* sayk protokol əsasında, "Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından stifadə qaydaları əleyhinə olan qaydaların pozulması ilə əlaqədar digər inzibati «xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar zəbul edərək, onun Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş 100 manat məbləğində cərimə olunmağı haqqında tənbeh növü tətbiq etmişdir. Maraqlısı da odur ki, qeyd edilən qərarda da, qərarı qəbul etmiş tarixdə Quba rayon polis şöbəsinin DYPB-nin polis mayoru X2 tutduğu vəzifəsi qeyd edilməmiş, konkret olaraq hansı yol hərəkəti qaydasının pozulması barədə heç nə qeyd etməmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X6 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X4 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəməyə təqdim edilmiş SD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, X1 şəhəri, H.Əliyev prospektində “Köhnə Avtovağzal” deyilən ərazidə yerləşən dairəyə daxil olarkən, dairəyə daxil olmuş nəqliyyat vasitəsinə yol vermədən hərəkətə davam etmişdir. Bununla da X3 Hərəkəti Haqqinda Qanunun 32-ci maddəsinin 15-ci bəndinin tələbini pozmuşdur. (Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir.) Şərh edilənlərə əsasən, məhkəmə X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni və əsaslı hesab edir və ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X4 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar