Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-610/2024 22.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ X10 Mircuma oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, İcra işi üzrə tələbkar X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1994-ci ildə Quba rayonu Qam-Qam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN6 xxxxxxx, evli, fərdi qaydada işləyən, Quba rayonu, Qam-Qam kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Daxil olmuş 22 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli, 2(027)-2354/2023 saylı icra sənədini icra etməmiş və icra məmurunun tələblərini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında bildirmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(027)-2354/2023 saylı icra sənədi üzrə borclu Şəxs 16800 manat məbləğində pul alınaraq, tələbkar X3 verilməlidir və hüquqi yardım ilə əlaqədar 100 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 145.50 manat cavabdeh Şəxs tutularaq, iddiaçı X3 verilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına xx.xx.2024cü il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Borclu Şəxs rəsmi bildiriş göndərilmişdir. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Məlumat üçün bildirirəm ki, borclu Şəxs hal hazırda tələbkar X2 xeyrinə 1200 manat məbləğində pul vəsaiti ödəmiş, hazırda icra sənədi üzrə 15845.50 manat məbləğində borcu mövcuddur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədi barədə məklumatlıdır. Tələbkarla aralarında şifahi razılıq vardır. Razılığa əsasən 6 ayfır X3 hər ay 200 manat məbləğində pul verir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 izahatında bildirmişdir ki, Şəxs ilə aralarında şifahi razılıq vardır. Razılığa əsasən Şəxs hər ay 200 manat məbləğində pul verir. Onun barəsində inzibati protokolun tərtib olunmasından xəbəri olmamışdır. Hazırda Şəxs icra sənədini üzrsüz icra etməməsi ilə bağlı heç bir şikayəti yoxdur. Çünki, Şəxs aralarındakı razılıq əsasında öhdəliyini icra etməkdədir və mülkiyyətində olan əmlakı da satıb borcunu ödəyəcəyinə söz vermişdir. Məhkəmə protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatını dinləyib, inzibati xəta haqqında protokolu və mülki iş materialını nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)- 2354/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 16800 manat məbləğində pul alınaraq, tələbkar X3 verilməlidir və hüquqi yardım ilə əlaqədar 100 manat və hazırki iddia ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 145.50 manat cavabdeh Şəxs tutularaq, iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icraata başlamaq haqqında qərar” ın surətindən göründüyü kimi, qeyd edilən icra sənədi üzrə həmin tarixdə icra işi başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-2354/2023 saylı icra sənədinin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi və ya icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsində ifadə olunan hər hansı qərəzli hərəkət və hərəkətsizlik müəyyən edilmir. Belə ki, tələbkar və borclu arasında mütəmadi ödənişlə bağlı razılıq vardır. Tələbkar borclu tərəfindən icra sənədinin icra olunduğunu və şikayəti olmadığını bildirir. Beləliklə də, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xəta tərkibi müəyyən olunmur və ona görə də qeyd olunan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz və başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-610/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-610/2024
22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver