Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-613/2025 28.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı , Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası DİN-in Quba rayon Polis şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və inzibati xəta haqqında material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs MMC-nin mülkiyyətində olan “Qaz-5312” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən, xx.xx.2024-cü il tarixində, saat 17:09-da Bakı-Quba-Rusiya yolunun 168 km-də nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki-baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və nəqliyyat vasitəsini idarə edən şəxs barəsində məlumatın verilməməsinə görə, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi üçün barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC və Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Lakin materiala sorğu və sorğunun çatdırılması barədə poçt xəbərnaməsi əlavə edilməmişdir. Bundan başqa bir hüquqi şəxsin mövcudluğu, onun hüquqi və ya faktiki ünvanı, VÖEN barədə, dövlət qeydiyyatı barədə heç bir sənəd də təqdlim edilməmişdir. Hüquqi şəxsin mövcudluğuna dair, onun hüquqi ünvanının Quba rayonu inzibati ərazisinə aid olmasına dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Qeyd edilən məlumatlar Vergilər Nazirliyinin İnternet Vergi İdarəsindən internet saytından “Kommersiya qurumlarının dövlət reyestri məlumatları” (dövlət qeydiyyatına alındığı tarix, qanuni təmsilçisi, hüquqi ünvanı, təşkilati hüquqi forması və s.) məhkəməyə təqdim edilmiş materiallarda olmamışdır. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparılması barədə məlumat verilməmiş, protokol tərtib edilməzdən əvvəl dəvət edilməmiş, nümayəndəsi dəvət olunaraq izahat vermək, protokolun məzmunu barədə, o cümlədən sorğuya cavab verilməməsinin səbəbləri barədə mülahizələrini təqdim etmək imkanı verilməmiş, işin icraatını rədd edən hallar mövcud olub-olmadığı araşdırılmayaraq hüquqi şəxsin fəaliyyətinin dayandırılıb-dayandırılmaması aydınlaşdırılmamış, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamış və bunun səbəbləri barədə qeydiyyat aparılmamışdır. Halbuki, İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-nin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-nin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Protokolun məhkəməyə göndərilməsinə qədərki yol verilmiş yuxarıda sadalanan nöqsanları işin məhkəmə hazırlıq və ya baxışı mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntular protokol tərtib edilənədək yol verilmiş pozuntulardır. Həmin pozuntuları işin məhkəmə mərhələsində aradan qaldırmaq mümkünsüzdür. Həmin pozuntuları protokol tərtib etmiş səlahiyyətli orqan aradan qaldırmalıdır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq Sizə Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(027)-335/2025-ci il nömrəli Qərardadı ilə bildirilmiş, lakin göstərilən çatışmazlıqlar aradan qaldırılmamışdır. Həmçinin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə protokol xx.xx.2025ci il tarixdə tərtib edilsə də, baxılması üçün xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. Halbuki, İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətdə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 100, 106 109-cu, 122, 123-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə daxil olmuş inzibati xəta haqqında material Azərbaycan Respublikası DİN Quba rayon Polis şöbəsinə geri qaytarılsın. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(027)-613/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-613/2025
28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver