Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-615/2024 09.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi Şəxs MMC-nin vəkili Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən Şəxs MMC-də (VÖEN: **********) 2022-ci il üzrə maliyyə hesabatlarının 2023cü ildə auditinin aparılmaması müəyyən edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili Vəkil bildirmişdir ki, protokol əsassızdır və onların iştirakı olmadan tərtib olunmuşdur. Belə ki, Nazirliyin 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmaması ilə bağlı bildirişi onlara gec çatdığından Nazirlik tərəfindən 18 iyul 2024-cü il tarixində təyin olunmuş iclasda MMC-nin nümayəndəsi iştirak edə bilməmişdir. Hətta Nazirliyin məlumatını MMC-nə təqdim edən şəxs də bunu təsdiq edə bilər. Həmçinin Vəkil işçilərin sayını dəqiq bilmədiyini, orta sahibkarlıq fəaliyyətilə məşğul olduğunu qeyd edərək, Şəxs MMC-də 2022-ci il üzrə maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün 2023-cü ildə müstəqil auditor cəlb edildiyini və auditin aparıldığını qeyd etmişdir. O, Auditin aparılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərək, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında inzibati materiala xitam verilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o Quba şəhərində yaşayır, Şəxs MMC ona yaxın olduğuna görə adətən məktublar ona verilir və o məktubları MMC-nə təqdim edir. Təxminən 18-19 iyulda poçtun nümayəndəsi ondan məktubu MMC-nə çatdırılmasını xahiş etmişdir. O da həmin gün məktubu açıb şəklini çəkib telefonla MMC-nin nümayəndəsi Rahim adlı şəxsə atmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsnə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə - vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 464-cü maddəsinin tərkib əlamətləri olmadığından, Cəmiyyətin məsuliyyətə cəlb etmə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli bildirişinə əsasən, Şəxs MMC-də 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditinin aparılmaması ilə bağlı Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə xx.xx.2024-cü il tarixdə, saat 11:00-da Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağı barədə MMC-nə bildiriş göndərilmişdir. Şəxs MMC-nin vəkili tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli Təhvil-Qəbul Aktından görünür ki, icraçı "xxxx" MMC tərəfindən Şəxs MMC sifarişi ilə xx.xx.2023-cü il tarixli M-24404 saylı müqavilənin şərtlərinə uyğun olaraq 2022-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmışdır. Şəxs MMC-nin təsisçələrinə və rəhbərliyinə D46F3v7SZn nömrəli şərti müsbət rəy verilmişdir. Şəxs MMC-nin direktoru Ə.Qəhrəmanov xx.xx.2024-cü il tarixində X3 filialına müraciət edərək, Maliyyə Nazirliyi tərəfindən göndərilən 3-23/2- 3855/2024 saylı xx.xx.2024-cü il tarixli məktubun kim tərəfindən və ən əsası hansı tarixdə və hansı saatda rəsmi olaraq imza edilib qəbul edilməsi barədə müvafiq arayışın və məktubun qəbuluna dair orda saxlanılan sənədin surətinin MMC-nə verilməsini xahiş etmişdir. X3 filialının rəisi Ə. Mehyəddinov xx.xx.2024-cü il tarixində həmin sorğuya cavab olaraq bildirmişdir ki, şirkətin adına Bakı şəhərindən göndərilmiş SX012534696 AZ saylı sifarişli məktub xx.xx.2024-cü il tarixində X3 filialının çeşidləmə şöbəsinə daxil olmuşdur. Qeyd edilən məktub xx.xx.2024-cü il tarixində Quba Mərkəzi Xidmətlər şöbəsinə göndərilmiş vəxx.xx.2024-cü il tarixində şirkətə çatdırılmışdır. Azərbaycan Respublikası Auditorlar Palatasının elektron sistemindən auditi aparılmış təsərrüfat subyektlərinin elektron çıxarışından görünür ki, "xxxx" MMC tərəfindən Şəxs MMC-nin 2022-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmış, D46F3v7SZn nömrəli şərti müsbət rəy verilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, hüquqi şəxs icraçı "xxxx" MMC tərəfindən Şəxs MMC sifarişi ilə xx.xx.2023-cü il tarixli M-24404 saylı müqavilənin şərtlərinə uyğun olaraq 2022-ci il üzrə maliyyə hesabatlarının auditi aparılmışdır. Bu hal məhkəməyə təqdim olunmuş sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105. 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsilə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata, inzibati xəta hadisəsi olmadığından, həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-615/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-615/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver