Məhkəmə qərarları › İş №3(027)-618/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-618/2025

10.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-618/2025 10.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X2 şikayətini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X1 Rayon Məhkəməsinə şikayət verərək, barəsində DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 28603123 nömrəli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, şikayət X3 geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsindən və ona əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 şikayət ərizəsində mübahisələndirdiyi inzibati xətanın baş vermə yeri Gəndov Yalama yolu 23.5-ci km ərazisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. X4 tərəfindən şikayət ərizəsinə əlavə edilmiş vəsatətdə qeydiyyatda olduğu və yaşadığı yerin ünvan 1 ünvan olması göstərilsə də, “E-Məhkəmə” sistemindən çıxarışdan görünür ki, X2 qeydiyyatda olduğu ünvan ünvan 2aylı ünvandır. Qeyd edilənlərə əsasən, şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər X3 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1, 129.1.3 və 132-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şikayət və ona əlavə olunmuş sənədlər X3 qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar