Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-619/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X2 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin 332.1, 342.2.3-cü maddələri ilə Qusar Rayon Polis Şöbəsi Yol patrul inspektoru polis serjantı X8 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokolun və həmin protokol əsasında Quba rayon polis mayoru X7 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli “X9” qərarın ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X1 rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 332.1, 342.2.3-cü maddələri ilə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli protokolunvə həmin protokol əsasında Quba rayon polis mayoru X7 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli “X9” qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X3 göstərdi ki, o, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 20:45 radələrində, Qusar-Ləgər Qışlaq yolunun 26-cı kilometrliyində, Çubuqlu kəndi ərazisində ailəsiylə birlikdə bağ kənarında meyvə yeyərkən Qusar RPŞ-nin DYPX-nin yol patrul xidməti inspektoru polis serjantı X8 avtomobilini saxlayraq onlardan kənarda dayanan istifadəsində olduğu “VAZ 21214” markalı, LU050TR20 dövlət qeydiyyat nişanlı avtomobilinin qarşı oturacağında azyaşlı uşaq oturtmaqla yol hərəkət qaydasını pozması barədə ona irad bildirdikdə belə faktın mövcud olmadığı əsası ilə etirazını bildirmişdir. Etirazı qəbul edən Yol patrul xidməti inspektoru qanunsuz hərəkətlərinə son qoymaq əvəzinə digər “nöqsan” axtarmağa başladı. Heç bir nöqsan tapmayan inspektor avtomobilin arxa körpüsünün yaylarının (prujunlarının) standartdan fərqli – qısa yaylarla əvəz edildiyini bildirmişdir. O buna da etiraz edərək avtomobilin sənaye şəraitində istehsal olunduğunu və avtomobilə zavodda quraşdırılmış həmin yayların heç vaxt dəyişdirilmədiyini bildirsə də, polis əməkdaşı buna məhəl qoymayaraq avtomobili Qusar RPŞ-nin 25-ci bölməsinin həyətinə sürdürmüşdür. O dərhal avtomobil hissələri mağazasından 2 (iki) ədəd eyni markalı avtomobilin arxa körpü yaylarını alaraq və Quba şəhərindən avtomobil üzrə texniki mütəxəssis cəlb edərək Yol patrul xidməti inspektoru polis serjantı X4 və onunla birgə olan, adlarını bilmədiyi digər iki Yol patrul xidməti inspektorlarının iştirakı ilə avtomobilə baxış keçirmişlər. Baxış zamanı mütəxəssis tərəfindən avtomobilin arxa körpüsünün yayları çıxardılmış, həmin yaylar təzəcə aldığı yaylarla yan-yana qoyularaq yayların üzükləri sayılmışdır. Yaylar müqayisə olunarkən həm yeni, həm də avtomobildən çıxarılmış yayların uzunluqlarının bərabər olduğu və üzüklərinin saylarının bərabər olduğu müəyyən edilmişdir. Həmin prosesin gedişatını telefonunun video kamerası ilə çəkmişdir. Həmin video çəkilişi özündə əks etdirən DVD-R optik rəqəmsal diski hazırki şikayətə əlavə etmişdir. Hərəkətlərinin qanunsuzluqlarını görən Yol patrul xidməti inspektoru saxta protokoldan istifadə edərək hadisənin xx xxxx 2019-cu il tarixdə, saat 20:55 radələrində baş verdiyi barədə protokol tərtib etmişdir. Halbuki, hadisə 2019-cu ildə yox, 2020-ci ildə baş vermişdir. xx xxxx 2019cu il tarixdə onun istifadəsində “VAZ 21214” markalı avtomobil olmayıb. İşə baxılmasının yeri və vaxtı barədə Quba RPŞ-yə məlumat verilsə də, məhkəmə iclasına Quba RPŞ-nin nümayəndəsi gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Belə olan halda, məhkəmə işə, Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iş sənədini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin kobud surətdə pozularaq tərtib edildiyindən şikayət ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş sənədlərinə əlavə edilmiş sənədlərin surəti şikayət ərizəsində göstərilənlərlə əsaslıdır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən X1 rayonu, Zərdabi kəndində yaşayır. Azərbaycan Respublikası İXM-nin 131.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası DİN Quba Rayon Polis Şöbəsi DYPB-nin tərtib etdiyi xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli “X9” qərarı ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Quba RPŞ DYPB-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 131, 134.1.4 və 135.1.6-cı maddələrini rəhbər tutaraq, Qərara aldı : X2şikayət ərizəsi qismən təminedilsin. Azərbaycan Respublikası DİN Quba Rayon Polis ŞöbəsiDYPB-nin xx xxxx 2020-ci il tarixli, TP ******* nömrəli “X9” qərarı ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-619/2020
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-619/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver