Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-620/2021 20.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə Şəxs MMC (ünvanı: Quba rayonu, Dəlləkli kəndi) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Şəxs MMC-nin direktoru X1 26 avqust 2020-ci il və 15 fevral 2020-ci il tarixlərdə 2 ədəd gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac etdiyi, ümumilikdə 60196,40 ABŞ dolları (102333,88 manat, kurs: 1 ABŞ dolları – 1,70 manat) dəyərində meyvə və tərəvəz məhsullarının müqabilində köçürülməli olan məbləğlərin müəyyən miqdarını müvəkkil edilmişbank hesabına köçürülməsini təmin etmiş, lakin **********9218 gömrük bəyannaməsi üzrə isə 5619,90 ABŞ dolları (9553,83 manat) vəsait isə MMC-nin müvəkkil bank hesabına köçürməmişdir. Nəticədə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla bağlı Quba rayon prokurorluğu tərəfindən prokurorluğda araşdırılan 94c-21 nömrəli material üzrə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və icraat materialları baxılmasından ötrü Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba Rayon Məhkəməsinin İnzibati xəta haqqında iş üzrə 24.08.2021-ci il tarixli, 3(027)- 620/2021 saylı qərarı ilə Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 5619.90 ABŞ dollarının 50 faizi məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 16.11.2021-ci il tarixli, 3(105)-573/2021 saylı qərarı ilə Quba rayon Məhkəməsinin 24 avqust 2021-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması üçün material Quba rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi xəbardarlıq edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdirr. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin 16 iyul 2021-ci il tarixli 1700-012/003- 22/002999 nömrəli sorğuya cavab məktubundan görünür ki, Şəxs MMC (VÖEN **********) tərəfindən Şimal Ərazi Baş Gömrük İdarəsinə ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirməklə 2 gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 60196.40 ABŞ dolları (102333.88 manat) 16 iyul 2021-ci il tarixinə Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemindən əldə olunmuş məlumata əsasən **********4229 gömrük bəyannaməsi üzrə 54576.50 ABŞ dolları (92780.05 manat) vəsait MMC-nin müvəkkil bankında olan hesabına köçürülmüş, **********9218 gömrük bəyannaməsi üzrə isə 5619.90 ABŞ dolları (9553.83 manat) vəsait isə MMC-nin müvəkkil bankında olan hesabına köçürülməmişdir. İş materiallarında olan Şimal Ərazi Baş Gömrük İdarəsinin 23 avqust 2021-ci il tarixli, 1700- 012/002-24/003300 №li məktubundan görünür ki, Şimal Ərazi Gömrük İdarəsində ixrac gömrük prosedurunda konsiqnasiya yolu ilə rəsmiləşdirilmıklə 15.02.2020-ci il tarixli, **********9218 saylı gömrük bəyannaməsi ilə ixrac etdikləri yüklərin müqabilində köçürülməli olan, ümumilikdə 172026,00 ABŞ dolları (292444,20 manat) məbləğində vəsait müvəkkil bankda olan hesablarına köçürülmüş və həmin bəyannamə üzrə qalıq məbləğ qalmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-620/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-620/2021
20.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver