Məhkəmə qərarları › İş №3(027)-620/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-620/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-620/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mülkiyyətində VAZ 21214 markalı 99DU599 dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. 03 iyul 2025-ci il tarixində saat 13:00 radələrində idarə etdiyi avtonəqliyyat vasitəsi ilə Quba şəhəri Mübariz Qaraxanov küçəsi ilə hərəkət edərək sonradan şəxsiyyətini müəyyən etdiyi X9 xidmətinin serjantı Fuad Babayev onun idarə etdiyi avtonəqliyyat vasitəsinin hərəkətini dayandırıb özünü təqdim etmədən sənədlərini tələb etdi, o, ona sənədlərini təqdim etmiş, polis əməkdaşı sənədlərinin qaydasında olduğunu müəyyən etdikdən sonra avtomobilinə baxış keçirərək avtomobilinin bamperlərinin dəyişdirildiyini bildirdi və ona İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin tələblərini pozduğunu bildirdi, o, ona izah etmiş ki, avtonəqliyyat vasitəsini 2013-cü ilin istehsalıdır və bamperlər yeni istehsal VAZ 21214 markalı avtonəqliyyat vasitələrinin üzərinə quraşdırılan universal bamperlərdəndir və bu hal normativ tələbləri pozan hal deyil, ona görə də, inzibati hüquq pozuntusu kimi qiymətləndirilə bilməz. Onun etirazına baxmayaraq YPX-nin serjantı protokol tərtib etdi və onun AR İXM-nin 342.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 150 manat cərimə olunduğu barədə 04 iyul 2025-ci il tarixli qərar qəbul edildi. O, qeyd edilmiş qərarla razılaşmır, qərar qanunsuz və etibarsız olduğu üçün ləğv edilməlidir. AR İXM 342.2-ci maddəsinin dispozisiyasında nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəzərdə tutulur və o, mülkiyyətində olan avtonəqliyyat vasitəsinin bamperlərini dəyişməklə digər avtonəqliyyat vasitəsinə aid hissələrdən istifadə etməmiş, yalnız onun avtonəqliyyat vasitəsinin istehsal tarixi 2013-cu ilə təsadüf edir, yeni istehsal VAZ 21214 markalı avtonəqliyyat vasitələrində onun idarə etdiyi avtonəqliyyat vasitəsinə quraşdırdığı bamperlər quraşdırılıb və vasitənin istismarı qaydalarının pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında şikayət verən şəxs X5 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-nin əməkdaşı X4 bildirmişdir ki, qeyd olunan dəyişikliklər nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində öz əksini tapmamışdır. Belə olan halda, avtomobildə edilən dəyişikliklər qanuna ziddir.Qeyd olunanlara əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (bir yüz əlli) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə-bir yüz əlli manat məbləğində cərimə edilir. Normanın məzmunundan göründüyü kimi normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi inzibati xəta olaraq qeyd edilməklə, cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi nəzərdə tutulmuşdur. Hazırki iş üzrə X3 məxsus “VAZ 21214 markalı 99DU599 dövlət qeydiyyat nişanlı avtomobildə edilmiş bamper dəyişikliyinin normativ tələbləri pozması faktı lazımı qaydada əsaslandırılmamışdır. “Yol hərəkəti haqqında” AR Qanunun 30-cu maddəsinin V bəndinə əsasən istismarda olan nəqliyyat vasitəsinə həmin modelin normativ-texniki sənədlərində nəzərdə tutulmayan hissələr quraşdırmaq yolu ilə onun konstruksiyasının parametrlərinin dəyişdirilməsi beynəlxalq normativlərə və standartlara uyğun gəlməlidir. Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, habelə tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsi qadağandır. Həmin maddənni 3-cü bəndinə əsasən texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar