Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-622/2024 14.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ İş№3(027)-622/2024 İnzibati xəta haqqında iş üzrə QƏRAR xx.xx.2024-cü il Quba şəhəri Quba Rayon Məhkəməsi Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddəslərilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 18 iyul 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokola əsasən 18 iyul 2024-cü il tarixdə saat 12:45 radələrində Quba şəhəri, Heydər Əliyev pr.,ev 451D ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar fzioterapevtik kosmetoloji, dermotoloji iş və fəaliyyət, sertifkatsız özəl tibbi praktiki fəaliyyətilə məşğul olma faktları aşkarlanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Şəxs MMC-nə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmiş, habelə digər vəsatət daxil olmamışdır. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Şəxs MMC–nin fəaliyyətinin yoxlanması barədə 02 iyul 2024cü il tarixli 3-28-1/3-2-734/2024 saylı qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analtik Ekspertiza X2 X4 Müəssisələrində Planlı (Növbəti) Yoxlama Aktından görünür ki, Quba şəhəri, Heydər Əliyev pr.,ev 451D ünvanında yerləşən Şəxs MMC-yə məxsus müəssisədə keçirilən planlı (növbəti) yoxlama xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "X1" publik hüquqi şəxsinin əməkdaşları tərəfindən aparılan planlı yoxlama zamanı Şəxs MMC-yə məxsus “Nord Hospital” adlı özəl tibb müəssisəsində lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti ilə və özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərini sertifikasiyaya cəlb etmədən tibb fəaliyyəti ilə məşğul olması faktları müəyyən edilmişdir. Aşkar edilmiş faktlar əsasında MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 -ci və 215.4-cü maddələri üzrə tərtib olunmuş inzibati xəta haqqında protokol tərtib olunaraq, surəti MMC-yə təqdim olunduğu qeyd olunmuşdur. 04 iyul 2024-cü il tarixli, 3-28-1/2-20733/2024 saylı bildirişdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyininaidiyyəti strukturları tərəfindən respublikada lisenziya əsasında fəaliyyət göstərən, özəl tibb fəaliyyətilə məşğul olan subyektlərdə qanunvericiliyin tələblərinə əsasən plan üzrə növbəti yoxlamaların keçirilməsi barədə Şəxs MMC-nə məlumat verilmişdir. Şəxs MMC istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu X3” MMC -nin istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsinə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə -fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə - vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, tibb fəaliyyəti ilə məşğul Şəxs MMC olan özəl tibb fəaliyyəti sahəsində ona verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçiriməklə və qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxmaqla Azərbaycan Respublikası İXMin 215.1-ci və 215.4-cü maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun təqsiri inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir, əməli düzgün olaraq həmin maddələrlə tövsif edilmişdir. Habelə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, «X3” MMC inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbini və hüquqi şəxsi xarakterizə edən hallar nəzərə alınmaqla Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından daha məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs MMC Azərbaycan Respublikası İXM-in 215.1-ci və 215.4-cü maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 215.1-ci maddəsilə müəyyən edilmiş sanksiya çərçivəsində 6000 (altı min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-622/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-622/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver