Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-623/2025 11.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsilə daxil olmuş inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, Müəyyən etdim: Azərbaycan Respublikası DİN-in Quba Rayon Polis şöbəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsilə inzibati xəta haqqında material daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən 25 iyun 2025-ci il tarixdə saat 16:30-da Quba şəhəri, 5-ci məhəllə (Quba Mərkəzi rayon Xəstəxanasının sol tərəfi) ünvanında yerləşən "xxxx" MMC-yə məxsus klinikada keçirilən planlı yoxlama zamanı sertifikatsız özəl tibbi praktiki fəaliyyət ilə məşğul olma faktı aşkar edilmişdir. Məhkəməyə təqdim edilmiş materialları araşdıraraq hesab edirəm ki, inzibati xətalar haqqında iş üzrə material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analatik Ekspertiza X2 Şöbəsi tərəfindən tərtib olunmuş 25 iyun 2025-ci il tarixli, MN ******* saylı protokol əsasında inzibati xəta haqqında material xx.xx.2025-ci il tarixdə Quba rayon məhkəməsinə təqdim edilmişdir və 3(027)-589/2025 saylı iş üzrə Quba rayon Məhkəməsinin hakimi Nigar Xəlilovanın icraatındadır. Hazırda 09 iyul 2025-ci il tarixdə eyni protokol əsasında tərtib edilmiş inzibati xəta haqqında material təkrar məhkəmənin icraatına daxil olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, eyni xəta üzrə tərtib olunmuş eyni tarixli və saylı protokola məhkəmə tərəfindən təkrarən baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106 109-cu maddələrini rəhbər tutaraq,məhkəmə Qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4cü maddəsilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-623/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-623/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver