Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-624/2022 05.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X5 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. X5 ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə FHN-nin DYNX-nin ŞRDYNİ-nin əməkdaşları onun direktor əvəzi olaraq təyin edildiyi və işlədiyi Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında yerləşən X11 Hidrometeorologiya Mərkəzinə gələrək, yanğın yoxlama müayinəsi aparmışlar. Həmin müayinə zamanı binanın mövcud olan od söndürən balonların kimyəvi tərkibinin dəyişdirilmədiyi, binanın daxili elektrik naqillərinin izolyasiyalarının gərginliyə qarşı müqavimətlərinin yoxlanması barədə akt tərtib edilmədiyi, binaya yanğın xəbərverici siqnalizasiya qurğularının quraşdırılmaması müəyyən edilmişdir. Həmin hallar müəyyən edilməsi əsasında FHNnin DYNX-nin ŞRDYNİ-nin X4 Azərbaycan Respublikası İXM-nin 518.1 -ci maddəsinə əsasən MN ******* saylı protokol tərtib etmiş, həmin protokola onu vəzifəli şəxs olaraq cəlb etmiş və nəticədə ona 150 manat məbləğində cərimə yazılıb. O, həmin protokolla razı deyil. Çünki, onun direktor vəzifəsində çalışdığı X11 Hidrometeorologiya Mərkəzi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibindədir və bizim Mərkəz nazirliyə tabedir. Belə olan halda, protokol onun adına deyil, Xidmətin adına tərtib olunmalı idi. Belə ki, direktor əvəzi vəzifəsində çalışdığı Mərkəz hər hansı bir özəl şirkət deyildir, dövlət qurumudur. Odur ki, göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X3 lazımı qaydada məlumat verilsə də, X5 məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4-cü maddələrinə əsasən işə şikayət verən şəxs X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin nümayəndəsi X6 bildirdi ki, yanğın yoxlama müayinəsi aparılan zaman X1 işlətdiyi Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında yerləşən X11 Hidrometeorologiya Mərkəzinin inzibati binasında Azərbaycan Respublikası YTQ 01-2007 6.1 və 10.1 bəndlərinin tələbləri pozulması müəyyən olunmuş və X5 vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat cərimə edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X1 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X1 işlətdiyi Quba şəhəri, H.Əliyev prospekti 227 ünvanında yerləşən X11 Hidrometeorologiya Mərkəzinin inzibati binasında YTM zamanı Azərbaycan Respublikası YTQ 01-2007 6.1 və 10.1 bəndlərinin tələbləri pozulmuşdur. X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat cərimə eddilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayət ərizəsinin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X8 Xidməti Şimal regional X8 İdarəsinin 10 yanvar 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolunun və onun əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №3(027)-624/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-624/2022
05.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver