Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-626/2021 10.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8, Zərərçəkmiş şəxslər X3 və X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" ASC (ünvanı: Quba şəhəri, 29-cu məhəllə; qanuni təmsilçisi: X13; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən "xxxx" ASC Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da "xxxx" ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 tərəfindən 11 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 məhkəməyə verdiyi izahatında göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs-nin 07.05.2009-cu il tarixində keçirilmiş İclasın protokolu, Şəxs-nin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokolları, ŞəxsASC-nin nizamnaməsinin təsdiq olunmuş surəti və Şəxsnin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumatın tələbkarlar X3 və X2 verilməsi borclu Şəxs-nə həvalə edilməlidir, tələbkarlar X3 və X2 Şəxs-nin emissiya prospekti ilə tanış olmalarına borclu Şəxs tərəfindən şərait yaradılmalıdır. Qeyd olunan icra sənədi şöbənin icraatına 18.11.2020-ci il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya bildirişlər göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədi üzrə tələb təmin edilməmiş və ərizə ilə Quba rayon İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamədə göstərilən ümumi yığıncaq protokollarının tələbkarlara təqdim edilməsinin qeyri mümkün olduğu bildirilmişdir. Bu da dövlət adından çıxarılmış məhkəmə qərarının icrasını bu günədək təmin edilməməsinə səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq "xxxx" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" ASC-nin nümayəndəsi X7 izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs-nin 07.05.2009-cu il tarixində keçirilmiş İclasın protokolu, Şəxs-nin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokolları, ŞəxsASC-nin nizamnaməsinin təsdiq olunmuş surəti və Şəxs-nin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumatın tələbkarlar X3 və X2 verilməsi borclu Şəxs-nə həvalə edilməlidir, tələbkarlar X3 və X2 ŞəxsASC-nin emissiya prospekti ilə tanış olmalarına borclu Şəxs tərəfindən şərait yaradılmalıdır. Bildirmişdir ki, 07.05.2009-cu il tarixində iclas keçirilmədiyindən iclas protokolu mövcud deyil. Belə ki, iclasın keçirilməsinə 45 gün qalmış tərəflər məlumatlandırılır. Eyni zamanda Şəxs məhkəməyə etiraz ərizəsilə müraciət edərək bildirmişdir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(105)-544/2020 saylı qətnaməsindən irəli gələn icra tələblərini yerinə yetirə bilməməklərində qərəzli yayınmadan söhbət gedə bilməz. Belə ki, sözü gedən qətnamədə haqqında bəhs edilən 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə cəmiyyətin ümumiyyətlə ümumi yığıncağı keçirilməmişdir. Buna görə də qeyd olunan illərə aid ümumi yığıncaqların protokolları da onlarda yoxdur və ümumiyyətlə heç vaxt da mövcud olmayıb. Başqa sözlə keçirilməyən ümumi yığıncaqların protokollarını təqdim etmək isə sadəcə olaraq mümkün deyil. Ümumi yığıncaqların keçirilməməsi inzibati məsuliyyətə səbəb olduğundan aidiyyəti müvafiq quruma onların bu məsələ ilə bağlı hesabatları da var. Həmçinin “05 may 2009-cu il tarixli iclas protokolu” ifadəsi də aydın deyildir. Belə ki, bununla hansı iclas (müşahidə şurası iclası, idarə heyəti iclası, ümumi yığıncaq iclası və ya ASC-nin keçridiyi hansısa bir görüşlə bağlı iclas) protokolunun olduğu da müəyyən deyil. Heç bir məhkəmə icraatında həmin sənədlərin mövcudluğuna dair heç bir araşdırma aparılmayıb və onların mövcudluğu da təsdiqlənməyib. Beləliklə də, mövcud olmayan sənədlərin təqdim olunması onlardan tələb edilərkən onların həmin tələbi icra etməmələrinə görə məsuliyyət daşımaqları tamamilə əsassızdır. Şəxs-nin emissiya prospekti ilə istənilən vaxt gəlib tanış oluna bilər. Tələbkarın gəlib onlarda emissiya prospekti ilə tanış olmaq təşəbbüsü ümumiyyətlə olmamışdır. Şirkətin təsdiq olunmuş nizamnaməsi tələbkara təqdim olunmuşdur. Şəxs-nin balansında olan torpaqların özəlləşib- özəlləşməməsinə dair tələblə bağlı da bildirmişdir ki, Şəxs özəlləşdirilərək ASC olaraq 07.09.2001-ci il tarixində rəsmi qeydiyyata alınarkən onun bütün əmlakı xüsusi mülkiyyətə verilmiş və heç bir səhmi də dövlətə aid deyildir. Yəni ASC-nin balansında olmuş əmlak, o cümlədən torpaq sahəsi də özəlləşdirilmiş əmlakdır. Beləliklə, icra sənədində göstərilən tələblərin bir qisminin Şəxs tərəfindən icrası mümkünsüzdür. İcra edilə bilən tələblərin icrası ilə bağlı isə bütün təşəbbüslər göstərilmişdir və hər hansi bir üzürsüz səbəbdən icra etməmə halı mövcud deyildir. Bununla yanaşı bildirilmişdir ki, icra məmurunun bütün qanuni tələblərinə riayət olunmuş və hər hansı sənədin verilməsindən yayınma halı olmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X6 izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs-nin 07.05.2009-cu il tarixində keçirilmiş İclasın protokolu, Şəxs-nin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokolları, ŞəxsASC-nin nizamnaməsinin təsdiq olunmuş surəti və Şəxs-nin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumatın tələbkarlar X3 və X2 verilməsi borclu Şəxs-nə həvalə edilməlidir, tələbkarlar X3 və X2 Şəxs-nin emissiya prospekti ilə tanış olmalarına borclu Şəxs tərəfindən şərait yaradılmalıdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş şəxs X5 izahat verərək göstərdi ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinə əsasən, Şəxs-nin 07.05.2009-cu il tarixində keçirilmiş İclasın protokolu, Şəxs-nin 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə keçirilmiş ümumi yığıncaqlarının protokolları, ŞəxsASC-nin nizamnaməsinin təsdiq olunmuş surəti və Şəxs-nin balansında olan torpaq sahəsinin özəlləşib-özəlləşməməsi barədə yazılı məlumatın tələbkarlar X3 və X2 verilməsi borclu Şəxs-nə həvalə edilməlidir, tələbkarlar X3 və X2 Şəxs-nin emissiya prospekti ilə tanış olmalarına borclu Şəxs tərəfindən şərait yaradılmalıdır. Göstərilənləri nəzərə alaraq, "xxxx" ASC barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ASCnin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra sənədində göstərilən tələblərin bir qisminin Şəxs tərəfindən icrası mümkünsüzdür. İcra edilə bilən tələblərin icrası ilə bağlı isə bütün təşəbbüslər göstərilmişdir və hər hansi bir üzürsüz səbəbdən icra etməmə halı mövcud deyildir. Bununla yanaşı, icra məmurunun bütün qanuni tələblərinə riayət olunmuş və hər hansı sənədin verilməsindən yayınma halı olmamışdır. Bundan başqa müəyyən olunmuşdur ki, tələbkarların gəlib Şəxs-də emissiya prospekti ilə tanış olmaq təşəbbüsü ümumiyyətlə olmamışdır. Şirkətin təsdiq olunmuş nizamnaməsi tələbkarlara təqdim olunmuş və Şəxs tərəfindən emissiya prospekti ilə istənilən vaxt gəlib tanış ola biləcəkləri bildirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(105)-544/2020 saylı qətnaməsindən irəli gələn icra tələblərinin yerinə yetirilməsindən qərəzli olaraq yayınma müəyyən olunmur. Çünki, müəyyən olunmuşdur ki, Qətnamədə haqqında bəhs edilən 2010, 2011, 2012, 2013, 2014, 2015-ci illərdə cəmiyyətin ümumiyyətlə ümumi yığıncağı keçirilməmişdir. Buna görə də qeyd olunan illərə aid ümumi yığıncaqların protokolları da yoxdur və ümumiyyətlə heç vaxt da mövcud olmayıb. Beləliklə, Quba rayon İcra və probasiya şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən "xxxx" ASC Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)- 544/2020 nömrəli, 25 fevral 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İcra haqqında Qanununun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Quba Mini-Motor” ASC icra məmuru tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi nəzərə alınaraq, barəsində 11 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib edilmişdir. Lakin, icra məmuru Azərbaycan Respublikasının İcra haqqında Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadığı üçün icra sənədini məhkəməyə geri qaytarmalı idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, Quba mini motor” ASC tərəfindən icra edilə bilən tələblərin icrası ilə bağlı təşəbbüslər göstərilmiş, tələblərin icrası mümkün olan qismi icra edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" ASC-nin əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-626/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-626/2021
10.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver