Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-627/2022 30.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X21 qızının katibliyi, X8 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X16 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, AR Daxili İşlər Nazirliyi BDYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ ******* saylı inzibatı tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildən hal-hazıra kimi Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyində Baş mühasib vəzifəsində işləyir. 2018-ci ildə tanışı və həmkəndlisi X9 QAZ-310290 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili (əvvəli qeydiyyat nömrəsi baş olmuşdur) satdığını öyrənmişdir. Bundan sonra o, Müslüm Abıyevlə həmin avtomobilin alğı-satqısı barədə danışaraq avtomobili 3500 manata almış və bu barədə ona etibarnamə vermişdir. xx.xx.2019-cu il tarixdə avtomobilə dair yeni hazırkı qeydiyyat nömrəsi aldıqdan sonra ona xx.xx.2028-ci il tarixə kimi etibarnamə vermişdir. Avtomobili aldıqdan bir müddət sonra onun müxtəlif hissələrinin tez-tez sıradan çıxdığını görmüş və avtomobili bəyənmədiyini mülkiyyətçisi Müslüm Abıyevə bildirmişdir. Avtomobili satmaq qərarına gəlmiş və X27 adlı şəxsə 1500 manata avtomobili satmışdır. Lakin avtomobili satarkən etibarnaməni Müslüm Abıyevə vermişdir. Təxminən on gün bundan əvvəl onun nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırıldığını öyrənmiş. Bunun nədən baş verdiyini müəyyən etmək üçün həmin qərarı rəsmi qaydada alanda onun İXP ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə cərimələrini ödəmədiyi üçün barəsində Quba Rayon Məhkəməsinin 3(027)-694/2021 saylı, xx.xx.2021ci il tarixli inzibati xəta haqqında qərarının qəbul edildiyi ona məlum olmuşdur. Həmin qərarların nədən ibarət olduğu nə zaman yazıldığını öyrənmək üçün Quba RPŞ-nın DYP bölməsinə müraciət etmişdir. Bu zaman ona məlum olmuş ki, o, həmin avtomobili Sumqayıt şəhərində yaşayan X4 da, avtomobilə dair etibarnaməni mülkiyyətçi X17 vermişdir. Bundan sonra 01 dekabr 2019-ci il tarixdə X18 həmin etibarnamə əsasında avtomobilə dair Sumqayıt şəhərində yaşayan X10 etibarnamə vermişdir. Daha sonra isə X15 Bakı şəhərində yaşayan X13 etibarnamə vermişdir. Avtomobilin mülkiyyətçisi X11 X14 verdiyi etibarnamənin vaxtı bitsə də, həmin avtomobil idarə edilməyə davam etmişdir. Nəticədə 13 yanvar 2021-ci il tarixdə saat 11:52 radələrində EQ nömrəli ******* nömrəli elektron qərara əsasən Bakı şəhəri Biləcəri və ya Lukol YDM ərazisində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilməsinə görə 50 manat məbləğində, həmin vaxtı EQ ******* nömrəli elektron qərara görə Bakı şəhəri Biləcəri və ya Lukol YDM ərazisində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, 05 fevral 2021-ci il tarixdə saat 11:31 radələrində EQ nömrəli ******* nömrəli elektron qərara əsasən Bakı şəhəri Biləcəri və ya Lukol YDM ərazisində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilməsinə görə 50 manat məbləğində, yenə 28 fevral 2021-ci il tarixdə saat 10:59 radələrində EQ nömrəli ******* nömrəli elektron qərara əsasən Azadlıq prospekti N.Nərimanov küçəsinin kəsişməsində 28 may ist ərazisində Azərbaycan Respublikası İXM-nın 469.3- cü maddəsində nəzərdə tutulmuş inzibati icbari sığorta müqaviləsi bağlanılmadan idarə edilməsinə görə 50 manat məbləğində, yenə 28 fevral 2021-ci il tarixdə saat 10:59 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti N.Nərimanov küçəsinin kəsişməsində 28 may ist ərazisində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 30 may 2021-ci il tarixdə saat 04:11 radələrində EQ ******* nömrəli elektron qərara görə Sabunçu rayonu Olimpiya Stadionu yaxınlığı Mərkəz üstü ərazisində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 30 may 2021-ci il tarixdə saat 04:11 radələrində EQ ******* nömrəli elektron qərara görə Sabunçu rayonu Olimpiya Stadionu yaxınlığı Mərkzə ist2 ərazisində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 02 iyun 2021-ci il tarixdə saat 16:43 radələrində EQ ******* nömrəli elektron qərara görə Bakı şəhəri Xan Şuşinski 63 ərazisində Azərbaycan Respublikası İXM-nın 346.1 -ci maddəsilə yəni dayanma qaydalarını pozduğuna görə 20 manat məbləğində, yenə 24 iyun 2021-ci il tarixdə saat 11:41 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti ərazisində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 24 iyun 2021-ci il tarixdə saat 11:42 radələrində EQ ******* nömrəli elektron qərara görə Biləcəri və ya Eukil YDM istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 18 iyul 2021-ci il tarixdə saat 01:05 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti, N.Nərimanov küçəsinin kəsişməsində 28 may istimaqətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 18 iyul 2021-ci il tarixdə saat 01:05 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti N.Nərimanov küçəsinin kəsişməsində 28 may istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 16 avqust 2021-ci il tarixdə saat 15:20 radələrində EQ ******* nömrəli elektron qərara görə Ağa Neymətulla-Təbriz küçələrinin kəsişməsində Təbriz küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 30 avqust 2021-ci il tarixdə saat 11:10 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 08 sentyabr 2021-ci il tarixdə saat 15:59 radələrində EQ ******* nömrəli elektron qərara görə Təbriz ilə Həsənoğlu küçələrinin kəsişməsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsilə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə 60 manat məbləğində, yenə 12 sentyabr 2021-ci il tarixdə saat 13:05 radələrində EQ ******* nömrəli elektron qərara görə Ağa Neymətulla-Təbriz küçələrinin kəsişməsində Təbriz küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəidə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, venə 26 sentyabr 2021-ci il tarixdə saat 00:07 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti 183 M.Davudoğlu küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 09 oktyabr 2021-ci il tarixdə saat 13:37 radələrində EQ ******* nömrəli elektron qərara görə Ağa Neymətulla-Təbriz küçələrinin kəsişməsində Təbriz küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 26 oktyabr 2021-ci il tarixdə saat 14:29 radələrində EQ ******* nömrəli elektron qərara görə Bakı şəhəri Xan Şuşinski küçəsində Azərbaycan Respublikası İXMnın 346.1-ci maddəsilə yəni dayanma qaydalarını pozmağa görə 50 manat məbləğində, yenə 11 noyabr 2021-ci il tarixdə saat 13:23 radələrində EQ ******* nömrəli elektron qərara görə C.Cabbarlı küçəsi ilə Naxçivani küçələrinin kəsişməsində Nizami metrosu istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 14 noyabr 2021-ci il tarixdə saat 02:14 radələrində EQ ******* nömrəli elektron qərara görə Ağa- Neymətulla küçəsi Azadlıq prospekti 183 M.Davudoğlu küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 02 dekabr 2021-ci il tarixdə saat 01:06 radələrində EQ ******* nömrəli elektron qərara görə Ata-Türk prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində A.Sultanova istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 08 dekabr 2021-ci il tarixdə saat 06:47 radələrində EQ ******* nömrəli elektron qərara görə Bakı-Quba yolu 8 km şəhər istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində, yenə 27 dekabr 2021-ci il tarixdə saat 02:11 radələrində EQ ******* nömrəli elektron qərara görə Ata-Türk prospekti ilə Z.Bünyadov prospektinin kəsişməsində A.Sultanova istiqamətində Azərbaycan Respublikası İXM-nın 339.1-l-ci maddəsilə yəni nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirilmədən idarə etməsinə görə 50 manat məbləğində, yenə 01 yanvar 2022-ci il tarixdə saat 00:00 radələrində EQ ******* nömrəli elektron qərara görə Azadlıq prospekti 183 Cəfər Xəndan küçəsi istiqamətində Azərbaycan Respublikası İXM-nın 469.3-cü maddəsilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək üçün sığorta müqaviləsi bağlanmamasına görə 50 manat məbləğində cərimə edilmişdir. Beləliklə göründüyü kimi barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar nəqliyyat vasitəsinin satdığı yəni 29.11,2019-cu il tarixdən sonra baş vermişdir. Elə həmin tarixdən sonra nəqliyyat vasitəsini o idarə etməmişdir. O, Quba rayonu Amsar kəndində yaşayır. İnzibati xəta haqqında protokollardan göründüyü kimi həmin hadisələrə Bakı şəhərində törədilmişdir. O, isə 2014cü ildən hal-hazıra kimi Quba RİHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyində Baş mühasib vəzifəsində işləyir. İnzibati xəta haqqında protokolların tarixlərində o, işdə olmuşdur. Məhkəmə iclasında X16 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X17 bildirmişdir ki, X16 QAZ-310290 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ondan satın almış, lakin sonra satmaq qərarına gəlmiş və avtomobili satarkən etibarnaməni ona vermişdir. X16 həmin avtomobili Sumqayıt şəhərində yaşayan X4 da, avtomobilə dair etibarnaməni ona vermişdir. Bundan sonra 01 dekar 2019-ci il tarixdə X18 həmin etibarnamə əsasında avtomobilə dair Sumqayıt şəhərində yaşayan X10 etibarnamə vermişdir. Daha sonra isə X15 Bakı şəhərində yaşayan X13 etibarnamə vermişdir. Avtomobilin mülkiyətçisi olaraq onun X14 verdiyi etibarnamənin vaxtı bitsə də, həmin avtomobil idarə edilməyə davam etmişdir. Həmin inzibati xətalar törədilən zaman QAZ-310290 markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil X12 olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş AR Daxili İşlər Nazirliyi BDYPİ-nin nümayəndəsinin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X16 tərəfindən verilmiş şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X16 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 469.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 50 manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarında olan Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyində işləyən işçilərin 2022-ci il yanvar ayında işə davamiyyət cədvəlindən görünür ki, X3 ayının həftə sonlarını çıxmaq şərti ilə qalan günlər işdə olmuşdur. İş materiallarında olan Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, X2 yaşayır və 2014-cü ilin fevral ayından hal-hazıra kimi Quba rayon İHB-nın Amsar kənd İƏD üzrə nümayəndəliyində Baş mühasib vəzifəsində işləyir. Göründüyü kimi inzibati xəta törədilən zaman avtomobil X1 olmamışdır. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İXM-nin 115-ci maddəsinin tələblərinə uyğun olmadan tərtib edilmişdir. Belə ki, qərarda işinə baxılan vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd edilməmiş və işə baxılarkən müəyyən edilmiş hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 122.1-122.3-cü maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. Azərbaycan Respublikasının İXM-nin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, AR Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli elektron qərarından X16 tərəfindən verilmiş şikayət təmin edilməli, həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün AR Daxili İşlər Nazirliyi BDYPİ-nə göndərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X16 tərəfindən verilmiş şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli, EQ ******* nömrəli elektron qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-627/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-627/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver