Məhkəmə qərarları › İş №3(027)-63/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-63/2021

02.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-63/2021 02.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X3 iştirakı ilə, DƏMX-nin Quba Rayon Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, xx xxxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: DƏMX-nin Quba Rayon Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, xx xxxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat cərimə edilmişdir. Hal-hazırda X6 ərizə ilə Quba rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, xx xxxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmədə X6 göstərdi ki, Quba rayon Köhnə avtovaqzalda obyek icarə götürərək kafe işlədir. Həmən kafedə ona kömək lazım olduqu üçün X4 onunla şərik işləməy qərarına gəlmişlər. Belə ki, Heydərov Zümrüd onunla şərik işləməsi üçün ortalıqa vəsait qoymalı idi. Zümrüd ona bildirmişdi ki, o, bir necə gün sənin kafendə alverə baxıb sonra ortalıqa pul qoyar və şəri işləyərlər.O, Zümrüd ilə razılaşmış. xx.xx.2020 ci ildə tanımadıqı 3 nəfər kafedə şotu verməmək üçün dava saldılar.O, bu barədə Quba rayon polis əməkdaşların caqıraraq davanı sakitləşməsin xahiş etmiş. Bir müddəi sonra o, DƏMX-nin Quba rayon şöbəsindən caqıraraq onu 3000 azn cərimə olnacaqını bildirdilər.O, bildirdi ki. niyə 3000 az cərimə olmalıdır. DƏMX-nin əməkdaşı ona bildirdi ki, qanunsuz işci işlədirsən , o, DƏMX-nin əməkdaşına bildirmişdi ki. Zümrüd adlı şəxs onun işcisi deyil onunla şərik işləmək istəyir həmin gündə yanına şərik işləməsi ilə danışıqlara gəlmişdir. Sözlərinə qulaq asmayaraq DƏMX-nin Quba şəbəsinin rəisi X5 ona 3000 manat cərimə yazdı. Hal bu ki, X4 özüdə etiraf edir ki, onun yanında işçi olmayıb. DƏMX-nin əməkdaşı X2 hec dindirməyib. DƏMX-nin əməkdaşı Aslan adlı şəxs onunla danışıqlar aparsada lakin cəriməni ona X5 tərtib edib. Aslan adlı şəxs ona protokola imza atmaqını istədi o, imza atmamışdı ki, yazılan cərimə haqsızdır. Çünki, onun qanunsuz işci işlədməyi yerində müşahidə olunmayıb. Göstərilənlərə əsasən DƏMX-nin Quba rayon regional ərazi şöbəsinin rəisi X5 tərəfindən tərtib edilən inzibati Xətalar Məcəlləsinin 192.1 ci və 114.1.1ci maddəsi ilə tərtib edilmiş qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xаhiş еtmişdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası DƏMX-nin Quba Rayon Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, xx xxxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayəti təmin edilməməlidir. Belə ki, iş materialında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi və toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və qərarın surəti X6 və X4 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati iş üzrə icraat açılaraq müvafiq tədbirlər görülməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfəttişliyi Xidmətinin Quba Regional Ərazi Şöbəsinə göntərilməsi qərar alınmışdır. İş materiallarından görünür ki, X1 rayonu, Qəçrəş kəndində qeydiyyadadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şərh edilənlərə əsasən, məhkəmə Azərbaycan Respublikası DƏMX-nin Quba Rayon Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, xx xxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 ərizənin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76, 84 və128.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası DƏMX-nin Quba Rayon Regional Ərazi Şöbəsinin MN ******* nömrəli, xx xxxxxxx 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X3 ərizəsi təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar