Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-63/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli TP- 6480261 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində saat 18:06-da idarə etdiyi və özünə məxsus BOGDAN 211040-87 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri “köhnə avtovağzal” dairəsindən təxminən ***-**** metr üzü H.Əliyev prospekti istiqamətində hərəkət edərkən YPX xidməti avtomobilində YPX əməkdaşlarının səsgücləndirici vasitəsi ilə avtomobilini dayandırma əmri verildi və bu əmrə tabe olaraq idarə etdiyim avtomobili saxlamışdır. Avtomobilə yaxınlaşan polis əməkdaşı özünü təqdim etmədən (polis haqqında qanununun 13maddəsinin 3-cü bəndinin tələbini pozaraq) ad soyadını soruşdu və o, qaydalara əməl edərək özünü təqdim etmişdir. YPX inspektoru (döş nişanı: 0613) əlindəki “planşet” ilə yoxlama apararaq avtomobilin ona məxsus olduqunu bildi. Dəfələrnən YPX inspektorundan özünü təqdim etməsini, ad-soyadını deməsini xahiş etsə də özünü təqdim etmədi. Yanlış qərar qəbul edəcəyi təqdirdə ondan şikayətçi olacaqını bildirərək ad-soyadını bilməyinin vacibliyini qeyd etmişdir. Buna baxmayaraq istəyi nəticə vermədi və onu saxlayan YPX inspektoru (döş nişanı:0613) ad-soyadını ona bildirməmişdir. Nəhayət gizlətməyə çalışdığı “döş nişanım” çətinliklədə olsa görə bilmişdir. Döş nişanı 0613 olan YPX inpektorunan hansı qayda pozuntusu etdiyini soruşanda ona “X3” düzgün daxil olmadığını bildirərək ona 100 manat və 3 cərimə balı yazacaqını bildirdi. O, həmin YPX inspektoruna (döş nişanı: 0613) 4.3 dairəvi hərəkət zolağına birinci daxil olduqunu və hər-hansı qayda pozmadıqını bildirmişdir. YPX inspektoruna iddia etdiyi qayda pozuntusunan bağlı videogörüntü varsa ona təqdim edilməsini xahiş etmişdir. YPX inspektorunun onu saxladıqı yer həmin “avtovaqzal dairəsi” deyilən yerdən təxminən ***-**** metr aralı idi. “Əyər qaydanı 4.3 cü nişanın təsir dairəsində pozmuşsa onu elə həmin qayda pozduğu yerdə niyə saxlamadınız” sualıba YPX inspektoru cavab verməmişdir. O, qayda pozmadığınan əmin olduğu üçün YPX inspektorundan ona foto və ya videogörüntü təqdim etməsini xahiş etmişdir. Həmin YPX inspektoru ona öz şəxsi mobil telefonunda əsassız olan 1-2 saniyəlik qeyri-müəyyən video göstərdi. Həmin video YPX inspektorunun mobil telefonu vasitəsilə çəkildiyini və qayda pozmağı ilə əlaqədar əsaslı video olmadığınan o, YPX inspektorundan Dövlət tərəfindən onlara verilmiş xidməti “elektroplanşet” vasitəsi ilə ona videogörüntü təqdim etməsini xahiş etmişdir. O, heç-bir qayda pozuntusunu etmədiyindən əmin olduğumu bildirərək ona qeyri-qanuni cərimə yazılmamasını və onun məhkəmələrdə vaxt itirməməyini bildirmiş və xahiş etmişdir. YPX inspektoru isə onun qanuni tələbindən yayınaraq, ona əsaslı sübut göstərməyərək ona qanunsuz olaraq 100 manat məbləğində cərimə və 3 cərimə balı yazaraq hadisə yerindən uzaqlaşdı. Bir müddət sonra SMSradar.az mobil tətbiqi vasitəsi ilə İXP6824523 saylı Protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.2-yol ayrıcının keçmə qaydalarının pozulması maddəsi ilə 100 manat və 3 bal cərimə edilməyimə dair bildiriş əldə etmişdir. Dediklərinin və yazdıqlarının sübutu olaraq Elektron protokola-smsradar.az mobil tətbiqinə qayda pozuntusuna dair hec-bir fotoşəkil və video dəllilər əlavə edilməmişdir. O, hər zaman yol hərəkəti qaydalarına riayət edən sürücüdür, həmin hadisə zamanı həmçinin qayda pozmaya yol verməmişəm və mənə qarşı tərtib edilmiş inzibati tənbeh tədbiri əsasızdır. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununun 42-ci maddəsinin 15-ci bəndinə əsasən yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, inzibati xəta üzrə foto və video görüntüdə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan nəliyyat vasitəsinin dairədə hərəkət edən nəqliyyat vasitəsinə yol vermədiyi müəyyən olunmur, əksinə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına yüksək sürətlə daxil olan digər nəqliyyat vasitəsinin “BOGDAN 211040-87 minik markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dairədə arxa hissədən yaxınlaşdığı müəyyən olunur. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN Quba RPŞ -ninTP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-63/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-63/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver