Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-635/2021 31.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X3 və onun vəkili X7 və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli, ******* saylı protokol və onun əsasında tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, MN ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 30 iyun 2021-ci il tarixli, MN ******* saylı qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. X5 həmin qərarlardan şikayət vermişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 bildirdi ki, o, "xxxx" MMC-nin direktorudur. Rəhbərlik etdiyi müəssisə Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsində qeyri-yaşayış obyektinin tikintisi ilə məşğul olur. Həmin tikinti obyektində baş vermiş qəza nəticəsində ölüm hadisəsi baş vermişdir. Bununla əlaqədar 30 iyun 2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək, 3000 AZN cərimə cəzasına məhkum edilmişdir. Göstərilən qərarın surəti qanunvericiliyin tələbinə uyğun olaraq, ona göndərilməmiş, heç bir prosessual hərəkətlərdə iştirak etməmiş, mövqeyi dinlənilməmiş, sübutların təqdim edilməsinə şərait yaradılmamışdır. Yalnız 05 avqust 2021-ci il tarixdə idarəyə rəsmi sorğu göndərildikdən sonra 09 avqust 2021-ci il tarixdə həmin sorğu qəbul edilmiş və bundan sonra qərarın surəti ona təqdim edilmişdir. O, qərarı əldə etdikdən sonra ondan narazı qaldığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Belə ki, qərarı və protokolu tərtib edən inzibati orqan İXM-nin tələblərini kobud surətdə pozmaqla tərtib etmişdir. İXM-nin 38.1-ci maddəsində müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin şərtləri v istisnalar qeyd edilmişdir. Həmin maddəyə nəzər yetirdikdə aydın görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə cəlb edilməsi əleyhinə olan inzibati xətalar İXM-nin 38.1-ci maddəsində göstərilən istisnalara daxil edilməmişdir. Əgər araşdırılma aparılmış olsaydı və onlar dəvət olunmuş olsaydı məlum olardı ki, mübahisəli əlavə edilmiş podrat müqaviləsinə əsasən "xxxx" MMC-si işləmiş və onun vəzifəli şəxs olaraq həmin hadisəyə faktiki heç bir aidiyyatı olmamışdır. Səlahiyyətli orqan isə bunu araşdırmamış, onları dəvət etməmiş və özbaşına qərar qəbul etmişdir. Tərtib edilmiş protokol və onun əsasında qəbul edilmiş MN ******* saylı, 30 iyun 2021-ci il tarixli qərar əsassız və inzibati qanunvericiliyin normalarına zidd tərtib edildiyindən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Onun iştirakı olmadan protokol tərtib edilmiş və bu səbəbdən də onun etiraz etmək huququ məhdudlaşdırılmışdır. Yalnız qərar barədə inzibati protokol ödəniş sistemində yerləşdirildikdən sonra məlumatı olmuşdur. Bundan başqa inzibati orqanın əldə etdiyi sübutun mötəbərliliyi sual altındadır. Heç bir sübutu olmadan sadəcə əlində guya video görüntü olduğunu əsas gətirməklə inzibati tənbeh tətbiq etmişdir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş 23 iyun 2021-ci il tarixli, ******* saylı protokol və onun əsasında tərtib edilmiş 30 iyun 2021-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi və işin yenidən araşdırılması üçün müvafiq quruma (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinə) qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin nümayəndəsi X6 şikayəti qəbul etməyərək, bildirdi ki, protokol Quba rayon prokurorluğunun məktubu əsasında tərtib olunmuşdur. Əmək müqaviləsi bağlamadan işçini işə cəlb etmişlər. X2 iştirakı ilə tərtib olunmuş, bu vaxt ona hüquq və vəzifələri izah olunmuşdur. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 23.06.2021-ci il tarixli protokoldan görünür ki, DƏMX-nin Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X6 tərəfindən 23.06.2021-ci il tarixdə X5 barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş MN ******* saylı, 30.06.2021-ci il tarixli qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan F-04/21 nömrəli, 01.04.2021-ci il tarixli podrat müqaviləsindən görünür ki, "xxxx" MMC-nə məxsus Quba şəhəri, Əliqulu Nərimanov və Səməd Vurğun küçələrinin kəsişməsindəki qeyri-yaşayış obyektində təmir-tikinti işlərinin həyata keçirilməsini "xxxx" MMC-nə həvalə edilməsi, "xxxx" MMC isə təmir tikinti işlərinin həyata keçirilməsini və təmir-tikintiyə istifadə olunacaq materialların alınmasını və istifadə olunmasının öz üzərinə götürməsi barədə müqavilə bağlamışlar. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, 23.06.2021-ci il tarixdə DƏMXnin Quba regional ərazi şöbəsinin baş əmək müfəttişi X6 tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş, həmin protokola əsasən MN ******* saylı, 30.06.2021-ci il tarixli qərarla X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilmiş, X1 qərardan xəbəri olmamış, qərarın surətini 09.08.2021-ci il tarixdə əldə etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, X3 30.06.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xətanın törədilməsi ilə əlaqədar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla lazımi qaydada xəbərdar olunmadan cərimə edilməsi bu Qanunun ədalətlik prinsipi ilə uzlaşmır. Belə ki, X5 barəsində olan inzibati xəta haqqında qərar onun rəsmi qeydiyyatda olduğu ünvana göndərilməmiş, o, bu barədə məlumatlandırılmamışdır. Həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən X5 barəsində qəbul edilmiş inzibati xəta haqqında MN ******* saylı, 30.06.2021-ci il tarixli qərar ləğv edilməli və inzibati işin yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinin rəisi X8 tərəfindən qəbul edilmiş MN ******* saylı, 30.06.2021-ci il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Quba regional ərazi şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-635/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-635/2021
31.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver