Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-638/2025 18.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28998908 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X4 inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28998908 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Quba şəhərində yaşayır, özünə məxsus MERSEDES BENZ E200 MİNİK markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. Avtomaşınının idarə olunması üçün həmçinin atası X6 da etibarnamə vermişdir. 03 iyul 2025-ci il tarixdə saat 16-19 radələrində avtomaşını Quba şəhərinin Heydər Əliyev prospekti ilə idarə edərək «Universal» mağazanı keçib yolun sağ kənarında saxlamış ki, bazarlıq etsin. Avtomaşını yol hərəkəti qaydalarına uyğun saxlamış, dayanma, durma qaydalarının pozulmasına yol verməmişdir. Buna baxmayaraq, BDYPİ-nin İnformasiya Sistemi yol kənarında quraşdırılmış videoqeydiyyat qurğusunun çəkilişlərini düzgün qiymətləndirməyərək ona «ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin durmasına görə» qanunsuz olaraq AR İXM-nin 346.,2-ci maddəsilə təqsirləndirərək 40 manat məbləğində cərimə tətbiq etmişdir. Tətbiq olunan bu inzibati tənbeh tədbirini əsassız hesab edir. Birincisi, avtomaşınının saxlandığı yer texniki qurğu tərəfindən çəkilmiş, fotoşəkildən açıq-aydın görünür ki, avtomaşının dayanacaq yerindən nəinki yol verilən 15 metr məsafədən yaxınlıqda, əksinə, 25 metrdən artıq məsafədə aralıda saxlanılmışdır. İkincisi, avtomaşını həmin vaxtı o, idarə etmişdir, inzibati tənbeh tədbiri isə atası X6 tətbiq olunmuşdur. Avtomaşının mülkiyyətçisi kimi sonuncu etibarnamə atasının adına verildiyi üçün inzibati tənbeh tədbiri barədə SMS-xəbər də onun mobil telefonuna göndərilmişdir. Ona görə də hesab edir ki, qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməklə inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrnin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 28998908 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 40 (qırx) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə –qırx manat məbləğində cərimə edilir. Məhkəməyə təqdim edilmiş foto görüntüdən MERSEDES BENZ E200 MİNİK markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda durması halının müəyyən edilməsi mümkün olmur. Əlavə olaraq qeyd edilməlidir ki, inzibati tənbeh verilməsi barədə qərar X5 barəsində tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Mercedes Benz E200 minik markalı ** HY *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətiçi X3r. Şəxs bildirir ki, həmin vaxtı nəqliyyat vasitəsini atası deyil, şəxsin özü idarə etmişdir. Atasının adına etibarnamə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28998908 nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 28998908 nömrəli qərarları ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-638/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-638/2025
18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver