Məhkəmə qərarları › İş №3(027)-64/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-64/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-64/2025 19.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X2 iştirakı ilə, X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından verilmiş şikayətə baxaraq, müəyyənetdim: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 342.5-ci və 342.2.2-ci maddələri ilə tərtib olunmuş protokol əsasında, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin DYPŞ- nin polis mayoru X1 tərəfindən 150 manat məbləğində cərimə olunmağı haqqında TP ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayətini müdafiə edərək onunla əsaslandırmışdır ki, etibarnamə əsasında «LADA-GRANTA SPORT» markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini «B» və «C» dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü ildə saat təxminən 22 radələrində həmin nəqliyyat vasitəsini idarə edərək Bakı şəhəri, Nəsimi rayonu, «Əcəmi dairəsi» adlanan yerə çatıb saxlamışdır. Həmin zaman yanında PPX-nə məxsus xidməti avtomobil dayandı və arxadan 1 nəfər baş serjant rütbəli polis əməkdaşı düşərək ona yaxınlaşmışdır. Ona bildirmişdir ki, maşın idman stilindədir, bu nə maşındı sürürsən? O, ona bildirmiş ki, idarə etdiyi nəqliyyat vasitəsinin idman stilində olması zatən onun qeydiyyat şəhadətnaməsində qeyd olunmuşdur, burada heç bir qanun pozuntusu yoxdur. Həmin serjant kobud formada onun üstünə qışqıraraq, əlində tutduğu maşının açarlarını dartıb almış və on bildirdi ki, keç yan tərəfdə otur, duracağa gedirik. Mən ondan duracıgı getmə səbəbini soruşduqda o, bildirdi ki, “bu dəqiqə səni polisə müqavimətlə sənədləşdirərəm.” O, onun bu sözündən qorxmuş və qarşı sağ oturacağa əyləşmişdir. O, birlikdə Yasamal rayonu ərazisində yerləşən müvəqqəti duracağa gəlmişdir. O, maşının qapılarını bağladı və ona heç nə demədən çıxıb getdi. Bu müddət ərzində təxminən 3-4 dəfə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. O da orada dayanmağın lüzumsuz olduğunu görüb oradan çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə ona ***-***-**-** nömrəsindən zəng gəlmiş və soruşdular ki, Nəsimi RPİ-nin DYPŞ-nə niyə yaxınlaşmırsan? O, demiş ki, niyə yaxınlaşmalıyam? Zəng edən şəxs bildirdi ki, ona protokol yazılmalıdır. O, demiş ki, bu vaxta kimi hansı səbəb görə yazılmayıb? xx.xx.2024-cü il tarixdə ona iştirakı olmadan Nəsimi RPİ-nin DYPŞ-nin YPX inspektoru, polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.5-ci və 342.2.2-ci maddələri ilə İXP ******* nömrəli protokol tərtib olunmuş, xx.xx.2025ci il tarixdə Bakı şəhəri, Nəsimi RPİ-nin DYPŞ-nin polis mayoru X1 tərəfindən 150 manat məbləğində cərimə olunmağı haqqında TP ******* nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında, X3 etibarnamə əsasında istifadəsində olan «LADA-GRANTA SPORT» markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə əlavə avadanlıqlar quraşdırdığını etiraf etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba rayon Polis Şöbəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə ondan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Şikayət ərizəsində qeyd olunanlara və iş üzrə toplanmış sübütlara hüquqi qiymət verərək hesab edirəm ki, X2 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi nümayəndə tərəfindən inzibati xətalar haqqında İşlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31–34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi əsaslar göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, "İnzibati xətalar haqqında" işə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Şərh edilənlərə əsasən, məhkəmə X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayətin təmin olunmamasını qanuni hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddələsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X2 inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə şikayəti təmin olunmasın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar