Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-642/2024 20.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi nümayəndəsi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 məhkəməyə müraciət edərək, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 avqust 2024-cü il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 271ci maddəsi ilə təqsirli bilinib 2000 manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır. Belə ki, o ailə üzvləriylə birlikdə Quba rayonu 2-ci Nügədi kəndində yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yaşadığı evin qarşısında avtotəmir sexi vardır, həmin sexin sahibi o deyil və sexin ona məxsus olmasına dair heç bir rəsmi sənəd mövcud dəyildir.Qeyd edilən sexdə dostları işlədiyindən boş vaxtlarında onlara köməklik edir. 19 iyul 2024-cü il tarixində yuxarıda qeyd etdiyi avtotəmir sexinin qarşısında bərk tullantıları yandırmağıyla əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən barəsində 24 iyul 2024-cü il tarixli ******* nömrəli ptrotokol tərtib edilmiş və qeyd edilən protokola əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 avqust 2024-cü il tarixli MN №1785065 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş vəzifəli şəxs kimi 2000 (iki min) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclasında X4 ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq qeyd etmişdir ki, onun VÖEN-i olmuş, 2023-cü ildə açdırıb, sonradan bağlatdırmışdır, hal-hazırda aktiv deyil. Onun barəsində vəzifəli şəxs kimi inzibati tənbehin tətbiq edilməsi əsassızdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X2 şikayətin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. İş materiallarında olan 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərarından görünür ki, X4 tərəfindən avtotəmir sexində fəaliyyət zamanı formalaşan tullantıları ətraf mühitin mühafizəsi tələblərinə əməl edilmədən qalaqlanaraq yandırılmış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddə ilə 2000 (iki min) manat cərimə edilmişdir. Quba rayon Məhkəməsinin 3(027)-642/2024 saylı, 19 avqust 2024-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-409/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qərarı ilə X4 barəsində 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovun 01 avqust 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Quba Rayon Məhkəməsinin 3(027)-642/2024 nömrəli, 19 avqust 2024-cü il tarixli qərarı ləğv edilmiş və material yenidən baxılması üçün Quba Rayon Məhkəməsinə, yeni məhkəmə baxışına qaytarılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, inzibati xəta haqqında işdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq etmək üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol işə əlavə olunmamış və bu məsələyə aydınlıq gətirmək üçün heç bir araşdırma aparılmamış, məhkəmə iclasında 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməmiş, müvafiq sorğular göndərilməmiş, həmin sənədlər tələb edilməmişdir. İşdə yalnız Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 01 avqust 2024-cü il tarixli, MN №1785065 nömrəli qərarının surəti mövcuddur ki, onu da şikayətçi şikayət ərizəsinə əlavə etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən heç bir araşdırma aparılmamış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və işə aid digər sənədlər tələb edilmədən, X3 VÖEN-nin aktiv olub-olmadığını yoxlamadan qərar qəbul edilmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan və şikayətçinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, X3 vergi məlumatları üzrə xx.xx.2023-cü il tarixdən verilmiş ********** nömrə ilə VÖEN vardır. VÖEN statusu fəaliyyətini müvəqqəti dayandırmışdır. Lakin, X3 ********** saylı VÖEN üzrə fəaliyyətini müvəqqəti olaraq dayandırması onun inzibati məsuliyyətə vəzifəli şəxs olaraq cəlb olunmaması üçün əsas deyil. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli, 10 №-li qərarında göstərilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 47-ci maddəsininin 1-ci bəndinə əsasən, Tullantıların toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. Qanunun 36-cı maddəsinə əsasən, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin və qurğularının, su təchizatı və kanalizasiya sistemlərinin, hidrotexniki qurğuların, nəqliyyat və rabitə vasitələrinin, texnoloji proseslərin və avadanlıqların, başqa obyektlərin layihələşdirilməsində ətraf mühitin keyfiyyət normativləri nəzərə alınmalı, tullantıların zərərsizləşdiriləsi və istifadəsi, tullantısız və ay tullantılı texnologiyalar və istehsalatlar, ətraf mühitin çirklənməsinin qarşısını alan səmərəli tədbirlər nəzərə alınmalıdır. Göründüyü kimi, X4 qanunvericiliyin qeyd edilən tələblərinə riayət etmədən Quba rayonu, İİ Nügədi kəndində yerləşən avtotəmir sexində fəaliyyət zamanı formalaşan tullantıları yandırmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 34.7.3.1. fəaliyyətinə xitam verildikdə; 34.7.3.2. məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda; 34.7.3.3. vəfat etdikdə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı faktiki əsaslar olmaqla hüquqi tənzimləməyə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X3 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 01 avqust 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-642/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-642/2024
20.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver