Məhkəmə qərarları › İş №3(027)-643/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-643/2021

19.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-643/2021 19.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X1, Protokolu tərtib edən X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Quba rayonu, Ərməki kəndində qeydiyyatda olan və yaşayan. Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Şəxs 18.08.2021-ci il tarixdə, saat 17 radələrində Quba RPŞ-də ucadan nalayiq ifadələr işlətməklə əməkdaşların iş fəaliyyətini pozmuşdur. Ona görə də Quba RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Rəhimov İlkin Beybud oğlu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 19 avqust 2021-ci il tarixli, MN 1146404-2811 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X3 bildirdi ki, Şəxs 18.08.2021-ci il tarixdə, saat 17 radələrində Quba RPŞ-də ucadan nalayiq ifadələr işlətmişdir. Protokolu raporta əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olduğunu, 18.08.2021-ci il tarixdə, saat 17 radələrində əsəbi olduğundan Quba RPŞ-nin inzibati binasında Polis əməkdaşlarının tələblərinə məhəl qoymadan nalayiq ifadələr işlətdiyini və hazırda bundan peşmançılıq çəkdiyini bildirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, hesab edirəm ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini və inzibati xətanı törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Məhkəmə inzibati xətanı törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran halllar müəyyən etməmişdir. Məhkəmə törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, inzibati xəta törətməsini etiraf edib, bu xətanı törətməsindən səmimi peşmançılıq çəkməsi kimi məsuliyyətini yüngülləşdirən hallları nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edə: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar