Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-648/2021 20.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X4 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 327.2, 329.1 və 511.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs 19 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Quba-Qonaqkənd yolunun 5 sotlar massivində “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə avtoxuliqanlıq edərək idarə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin polis əməkdaşı X6 tərəfindən Şəxs barəsində 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, 19 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Quba-Qonaqkənd yolunun 5 sotlar massivində “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə avtoxuliqanlıq edərək idarə etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X5 izahat verərək bildirdi ki, polis əməkdaşlarının Şəxs təqib etməsi düzgün deyil. Belə ki, bu halda yaşayış məntəqələrində kiməsə xəsarət yetirə bilərdi. Onu təqib etmək yerinə qabaq postlardakı polis əməkdaşlarına xəbər verilə bilərdi. Polis əməkdaşları yalnız vətəndaşın cinayət törətməsinə əmin olduqdan sonra onu təqib edə bilər. Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında protokol tərtib etmiş etmiş X6 izahat verərək bildirdi ki, Şəxs təhlükəsizlik kəmərini bağlamadığına və manevr qaydalarını pozduğuna görə saxlanılmış, o nəqliyyat vasitəsini saxlamadığına görə onlar tərəfindən təqib edilmişdir. O, əvvəl əkin sahələrinə, sonra yaşayış məntəqələrinə doğru getmişdir. Daha sonra məlum olmuşdur ki, Şəxs “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sprtli içki qəbul edərək idarə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3, 332.4 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, iş materiallarında olan 19 avqust 2021-ci il tarixli sərxoşluq vəziyyətini təyin edən müayinənin 01895 nömrəli arayışdan görünür ki, Şəxs alkoqolun qəbulu miqdarı 0.347 promil təşkil edir. İş materiallarından görünür ki, İş materiallarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair 18 avqust 2021-ci il tarixdə MN ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-644/2021 və 3(027)-645/2021 saylı işlər bir icraatda 3(027)-644/2021 saylı nömrə ilə birləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi cəzaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Göründüyü kimi Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs məsuliyyəti yüngülləşdirən hallar kimi özünün etirafını, törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.1.3-cü maddədə nəzərdə tutulmuş, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 750 (yeddi yüz əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40-cı, 43-cü, 48-51-ci, 114-cü və 128-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1 və 511.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 511.1.3-cü maddədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 750 (yeddi yüz əlli) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-648/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-648/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver