Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-649/2021 20.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1 iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X3 xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1, 327.2, 329.1 və 511.1.3-cü maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən e tdi: Quba Rayon Polis Şöbəsindən daxil olan inzibati xəta haqqında materiallara əsasən, Şəxs 19 avqust 2021-ci il tarixdə saat 18:15 radələrində Quba-Qonaqkənd yolunun 5 sotlar massivində “VAZ 21074” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, təhlükəsizlik kəmərini bağlamadan sərxoş vəziyyətdə avtoxuliqanlıq edərək idarə etmişdir. Bununla bağlı Quba Rayon Polis Şöbəsinin polis əməkdaşı X4 tərəfindən Şəxs barəsində 20 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1-ci maddələri ilə inzibati xəta haqqında İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokollar tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərcivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 20 avqust 2021-ci il tarixli İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-648/2021 və 3(027)-649/2021 saylı işlər bir icraatda 3(027)-648/2021 saylı nömrə ilə birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutararaq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 327.2, 329.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 20 avqust 2021-ci il tarixli İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair İXP ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(027)-648/2021 və 3(027)-649/2021 saylı işlər bir icraatda 3(027)-648/2021 saylı nömrə ilə birləşdirilsin. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-649/2021
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-649/2021
20.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver