Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-649/2025 25.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis idarəsindən daxil olmuş materiala baxaraq məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ona görə ki, o inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat cərimə edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-418/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddənin tərkibini yaradır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilməsinə əsas olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol və protokol əsasında tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Quba rayon Məhkəməsinin 3(027)-418/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilməsinə əsas olan xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokol əsasında tərtib edilmiş TP ******* nömrəli, xx.xx.2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərar Quba rayon Məhkəməsinin 3(027)-418/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə ləğv edildiyindən, şəxs inzibati məsuliyyətdən azad olunmaqla inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 115 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsilə inzibati məsuliyyətdən azad olunsun və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(027)-649/2025
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-649/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver