Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-65/2024 22.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, Məhkəmə iclas katibi X2, Protokolu tərtib edən X6nun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəağa oğlunun oğlunun iştirakı ilə, xx.xx.1984-cü ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Küpçal kənd Tibb Məntəqəsinin müdiri vəzifəsində işləyən, Quba rayonu, Küpçal kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Mirzəağa oğlu haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Şəxs Mirzəağa oğlu xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Quba şəhərində yerləşən X4, mərkəzin həkimi X1 təhqir etmişdir. Ona görə də Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs Mirzəağa oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli, MN 1663734-220 №-li protokol tərtib edilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X6 bildirdi ki, Şəxs Mirzəağa oğlu İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən barəsində tərəfindən inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Mirzəağa oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:30 radələrində Quba şəhərində yerləşən X4 yaxın qohumu müalicə aldığından onun ziyarətinə getmişdir. Qohumunun yatdığı palataya girmiş və həkimin orda olmadığını görüb hakimin palataya gəlməsini digər tibb işçilərindən tələb edib. Daha sonra Rəhman həkim palataya gəlib və ona öz iradını bildirərək digər xəstələri narahat etməmək üçün ucadan danışmamağı bildirmişdir. Bu zaman o əsəbi olduğundan Rəhman həkimlə aralarında sözlü mübahisə olmuşdur, lakin həmin vaxt nə Rəhman hakimə nədə ki digər şəxslərə qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Mübahisə zamanı Rəhman həkim mühafizəyə göstəriş verərək onu Mərkəzin şöbəsindən çıxarmışlar. Göstərilənləri nəzərə alaraq barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsilə başlanmış inzibati xəta haqqında iş üzrə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə İclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, X4 mühafizəçi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə. saat 15:30 radələrində Mərkəzn həkimi X7 Əliyev arasında sözlü mübahisə olmuşdur. Həmin vaxt tərəflər arsında bir birinə qarşı nalayiq ifadələrin işlədilməsinin şahidi olmamışdır. Sadəcə ucadan bir birlərinə öz fikirlərini çatdırmaqla ucadan danışmışdırlar. Daha sonra həkimin göstərişi əsasında vətəndaş Şəxs Diqnostika Mərkəzindən çölə çıxarmışdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, protokolu tərtib edən şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyərək, hesab edir ki, toplanmış sübutlarla Şəxs Mirzəağa oğlunun Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs Mirzəağa oğlunun şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarına əsasən Şəxs Mirzəağa oğlunun inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs Mirzəağa oğluna cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Mirzəağa oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-65/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-65/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver