Məhkəmə qərarları › İş №3(027)-65/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-65/2025

06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-65/2025 06.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22202086 nömrəli X8 haqqında qərarının ləğv edilməsi və X6 iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, “X7” markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomaşına tərtib olunmuş DİN BDYPİ-nin EQ 22202086 saylı, xx.xx.2024-cü il tarixli Elektron Qərarının ləğv edilməsi və onun icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsi, Quba rayon DYP-nın bəzi əməkdaşları tərəfindən pozulmuş hüquqlarını müdafiə edə bilmir. Belə ki, xx.xx.2024-cü il tarixində, təqribən saat 14:10 radələrində özünə məxsus, idarə etdiyi **-KO-*** Dövlət qeydiyat nişanlı, “X7” markalı avtomobilin, Quba şəhəri, Tofiq Əhmədov küçəsində, heç bir qadağan edici işarə olmayan, hərəkətə maneəçilik törətməyən dayanacaqda saxlamışdır. Sonradan barəsində, dayanma və durma qaydaları pozma maddəsi ilə X6 Protokol əsasında X8 haqqında elektron qərar qəbul olmuşdur. Onun bu zamana qədər bundan xəbəri olmamışdır. Lakin yaxın müddətdə elektron sistemə daxil olduqda, adında cərimə olduğunu görmüşdür. Barəsində, X8 Haqqında xx.xx.2024-cü il tarixli, EQ 22202086 saylı elektron qərar qəbul edilmiş, həmin qərar əsasında ona 20 (iyirmi) manat məbləğində cərimə yazılmışdır. O, həmin qərarla razılaşmır. Çünki heç bir qayda pozuntusuna yol verməmişdir. YPX əməkdaşları ona əsassız olaraq cərimə yazmışdır. Belə ki, qərara əlavə edilmiş video və şəkillər Quba şəhəri, Tofiq Əhmədov küçəsində çəkilsə də, Qərarda ünvan olaraq, Quba şəhəri, Heydər Əliyev prospekti qeyd olunmuşdur. Lakin o, orada yazılan ünvanda olmamışdır. Qərara əlavə edilmiş fotoşəkilləri də ərizəyə əlavə edir. Onun avtomaşınını saxladığı yerdə heç bir dayanma məhdudiyyəti yoxdur. O, Elnur adlı YPX əməkdaşı ilə telefon danışığı zamanı, heç bir qayda pozuntusuna yol vermədiyini, qərarda yazılan ünvanla, onun avtomobilini saxladığı ünvanın fərqli olduğunu və fotoşəkillərdə də bunun aydın şəkildə göründüyünü bildirsə də, Elnur adlı YPX əməkdaşı mənimlə kobud şəkildə danışmışdır. Qərar xx.xx.2024-cü il tarixində qəbul edilsə də, onun bundan çox yeni məlumatı olmuşdur. O, həmin qərar barədə məlumatı olduqdan sonra dərhal Azərbaycan Respublikasının DİN BDYP-nə müraciət etmişdir. Lakin ona cavab olaraq, məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22202086 nömrəli X8 haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.1ci-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. “Yol hərəkəti haqqında” AR Qanununun 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən nəqliyyat vasitələrinin dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanması qadağandır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci-ci maddəsinə əsasən, Bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə –iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İş materiallarından və şikayyətçinin təqdim etdiyi foto və video görüntülərdən görünür ki, **- KO-*** Dövlət qeydiyat nişanlı, “X7” markalı avtomobil inzibati xəta üzrə qərarda qeyd edilmiş GPS məlumatları üzrə ərazidə deyil, başqa yerdə park edilmişdir ki, həmin yerdə dayanma və durmanı qadağan edən yol nişanı mövcud deyildir. Beləliklə Azərbaycan Respublikası DİN DYPB-nin xx.xx.2024-cü il tarixli EQ 22202086 nömrəli X8 haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən X6 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək X6 iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması X6 iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 22202086 nömrəli X8 haqqında qərarı ləğv edilsin və həmin X6 iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar