Məhkəmə qərarları › İş №3(027)-651/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-651/2022

04.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-651/2022 04.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 qızının katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1988-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan (X5 xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(027)-79/2022 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən 21 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(027)- 79/2022 saylı icra sənədinə əsasən, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Zərərçəkmiş şəxs yanında saxlanılmalı, xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə elan olunduğu tarixdən başlayaraq Şəxs sabit pul məbləğində hər uşağa görə ayda 120 manat olmaqla, üç uşağa görə hər ay 360 manat aliment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra vərəqəsi müvafiq olaraq xx.xx.2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. İcraat zamanı borcluya bildiriş göndərilmiş, eləcə də icra sənədinin icrasından boyun qaçırılmasına görə yarana biləcək məsuliyyət ona izah olunmuşdur. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınardaşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs bu günə qədər tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(027)-79/2022 saylı icra sənədinə əsasən, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 atası Zərərçəkmiş şəxs yanında saxlanılmalı, xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə elan olunduğu tarixdən başlayaraq ondan sabit pul məbləğində hər uşağa görə ayda 120 manat olmaqla, üç uşağa görə hər ay 360 manat aliment tutularaq, Zərərçəkmiş şəxs verilməlidir. Bildirmişdir ki, səhhəti ilə əlaqədar olaraq və himayəsində azyaşlı övladı olduğundan heç bir yerdə işləyə bilmir. Maddi vəziyyəti yaxşı olmadığından borcunu ödəyə bilməmişdir. Eyni zamanda sözü gedən qətnamədən apelyasiya şikayəti vermişdir. Göstərilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli, 2(027)-79/2022 saylı icra sənədinə əsasən, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 onun yanında saxlanılmalı, xx.xx.2007-ci il tarixdə anadan olmuş X7, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün qətnamə elan olunduğu tarixdən başlayaraq Şəxs sabit pul məbləğində hər uşağa görə ayda 120 manat olmaqla, üç uşağa görə hər ay 360 manat aliment tutularaq, ona verilməlidir. Borclu bu günə qədər aliment üzrə onun xeyrinə heç bir ödəniş etməmişdir. Borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxsnun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin iş materiallarından görünür ki, Şəxs qalxanabənzər vəzinin düyünlü dəyişikliyi US əlamətləri aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan qanun normalarından görünür ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsi, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi müəyyən olunmur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini icra etməkdən imtina etməmiş, səhhəti ilə əlaqədar olaraq işləyə bilmədiyindən aliment üzrə icra sənədini icra edə bilməmişdir. Eyni zamanda sözü gedən qətnamədən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar