Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-651/2024 11.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3 qızının katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 22579088 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X2 QRPŞ-nin DYPB-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli EQ 22579088 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, əsassız hesablanmış 40 manat cərimənin silinməsi, inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Quba rayon Polis X5 X8 tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 329.1,-ci maddəsi ilə EQ22579088 nömrəli qərar qəbul edilmişdir. İdarə etdiyi «X10» markalı 77KR279 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə saat 09:04-də Quba şəhəri H.Əliyev prospektində, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etdiyinə görə tərtib edilmiş protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmuş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, İXM-nin 122-ci maddəsində nəzərdə tutulmuş qaydalara zidd olaraq Quba rayon Polis Şöbəsində təhlükəsiz şəhər kamerlarına video nəzarət üçün quraşdırılmış manitorlardan istifadə edilərək, məsafəni yaxınlaşdırmaqla əməkdaş tərəfindən Quba rayon X7 çəkilmiş foto şəkillər əsasında tərtib edilmiş və qanunsuz olaraq ona 40 manat cərimə yazılmışdır. Qeyd edir ki, həmin cərimənin yazılması foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi nəticəsində yazılmamışdır. Bu səbəbdən Quba rayon X5 X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-ci il tarixli EQ 22579088 nömrəli qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən bu Məcəllənin 54-cii maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer. ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs, X2 izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır, belə ki, tərtib edilmiş qərara əsasən, görüntü düzgün texniki vasitələrdən istifadə olunmadan tərtib edilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, heç bir texniki göstərici barədə məlumat əks olunmamışdır. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, DYPB nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə DYPB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPBnin YPX tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-ci il tarixli EQ 22579088 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı və inzibati tənbeh haqqnda qərar ləğv edilməli və inzibati iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.5, 328. 329.1, 329.2, 330, 339.1-1. 346.3, 346-1.1, 346-1.5. 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron tormada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında qərardan və inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto materialdan göründüyü kimi, inzibati xəta xüsusi texniki vasitələrdən istifadə olunmaqla aşkar edilsə də, xüsusi texniki vasitənin göstəriciləri, yəni xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer inzibati xəta haqqında protokolda və gürüntünü əks etdirən foto materialda qeyd olunmamışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqındaiş üzrə icraata xitam verilməsi əsasları müəyyən olunmadığından, şikayət həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba RPŞ-nin DYPB-nin inzibati tənbeh vermə haqqında xx.xx.2024-ci il tarixli EQ 22579088 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqan - Quba RPŞ-nin DYPB-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №3(027)-651/2024
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-651/2024
11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver