Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-658/2021 02.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, X2, Quba Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 iştirakı ilə, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1- ci maddəsi ilə 4000 manat məbləğində cərimə olunmağına dair Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Əfsanə” restoranı başqa şəxsin mülkiyyətində və sahibliyində olmasına baxmayaraq, o, həmin restoranda administrator vəzifəsində çalışır. 01 avqust 2021-ci il tarixdə müştəri övladı üçün toy məclisi təşkil etmişdir. Bu zaman toy məclisinə gələn qonaqların sayı 70 nəfərdən çox olduğundan və həmin şəxslər icaze.gov.az saytından qeydiyyatdan keçmədiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi İlkin Rəhimov onun barəsində MN ******* nömrəli protokol tərtib etmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərara əsasən 4000 manat cərimə olunmuşdur. Qeyd etmişdir ki, o, həmin restoranın nə sahibidir, nədə ki, etibarnamə əsasında icarəyə götürməmişdir. O, sadəcə həmin restoranda çalışan sıravi vətəndaşdır. Onun heç bir səlahiyyəti olmadan 4000 manat məbləğində cərimə olunmağı onun qanunla qorunan hüquqlarını pozur. Ona görə də, düşünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən Quba RPŞ-nin İTB-nin polis sahə rəisi İlkin Rəhimovun onun barəsində tərtib etdiyi MN ******* nömrəli protokol və bunun əsasında inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmədə protokol və qərarı tərtib etmiş şəxs - Quba Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi X7 protokolda və qərarda yazılanları təsdiq etmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və 01 avqust 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 01 avqust 2021-ci il tarixdə Quba rayonu, Qəçrəş kəndində yerləşən “Əfsanə” restoranında icaze.gov.az saytından qeydiyyatdan keçmədən toya 70 nəfərdən çox qonaq dəvət edərək, toy şənliyi təşkil etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat məbləğində cərimə olunmuşdur. “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 iyul 2021-ci il tarixli, 177 nömrəli qərarının 2.5-3-cü bəndinə əsasən “şənlik mərasimləri“ İctimai iaşə müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”də müəyyən olunmuş tələblərə uyğun təşkil edilməli, qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir; 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə məcburidir və həmin şənlik mərasimlərində iştirak üçün COVİD-19 pasportunun təqdim olunması tələb olunmur; 50 nəfərdən 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVİD-19-a qarşı tam peyvənd olmaları və ya COVİD-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur; şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 rayonu, Qəçrəş kəndi ərazisində yerləşən “Əfsanə” restoranın sahibi deyildir və ya etibarnamə əsasında icarəyə götürməmişdir. O, sadəcə həmin restoranda çalışan sıravi vətəndaşdır. Yəni o, vəzifəli şəxs deyil, fiziki şəxsdir. Belə olan halda, Quba RPŞ-nin İTB-nin polis sahə rəisi İlkin Rəhimov tərəfindən onun barəsində MN ******* nömrəli protokol tərtib edərkən yuxarıda qeyd edilən hallar araşdırılmamış və X3 fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati xətalar Məcəlləsinin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1-ci maddə). Hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması (135.1.2-ci maddə). Hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi (135.1.3-cü maddə). İnzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi (135.1.4-cü maddə). tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması (135.1.5-ci maddə). Qeyd olunan hallar barəsində inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından həmin şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X3 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilərək, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərardan X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində Quba rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş 01 avqust 2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında qərar dəyişdirilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-658/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-658/2021
02.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver