Məhkəmə qərarları › İş №3(027)-658/2022

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-658/2022

21.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-658/2022 21.06.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Rusiya Federasiyası, Saratov vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işləməyən, orta təhsilli Quba rayonu 1-ci Nügədi kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs xx.xx.2022-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində evdə atası Zərərçəkmiş şəxs məxsus 160 manat pulu döşəyin altından oğurlamışdır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, gəzməyə getmək məqsədilə atasından pul istəyib, atası pulu olmadığını deyib, o, da xx.xx.2022-ci il tarixində 160 manat pulu döşəyin altından götürüb. Əməlindən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Atasıyla barışdığını nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, oğlu Şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, Şəxs qarşı zərər çəkmiş şəxsin şikayət və tələbinin olmadığını, barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati məsuliyyətdən azad edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1 və 351.1-ci maddəslərində nəzərədə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibatixəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda inzibat iş üzrə icraata xitam verilir. Şərh edilənləri və zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxsin barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətidə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar