Məhkəmə qərarları › İş №3(027)-659/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-659/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-659/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı X3 şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: X2 Rayon Məhkəməsinə şikayət verərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23935819, xx.xx.2024-cü il tarixli, EQ 23972530, xx.xx.2024-cü il tarixli, EQ 24035712, xx.xx.2025-ci il tarixli, EQ 26261327, xx.xx.2025-ci il tarixli, EQ 27215729, xx.xx.2025-ci il tarixli, EQ 28808562 saylı qərar statuslu protokolların ləğv edilməsi, barəsində olan inzibati işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, X1 geri qaytarılmalıdır. Belə ki, şikayətdə xx.xx.2024-cü il tarixli, EQ 23935819 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23972530 saylı, xx.xx.2024-cü il tarixli, EQ 24035712 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26261327 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27215729 saylı, xx.xx.2025-ci il tarixli, EQ 28808562 saylı qərarların X5 tərəfindən nə vaxt əldə edilməsi, qərardan şikayət vermə müddətinin ötürülüb-ötürülməməsi barədə məlumat qeyd olunmamış, həmçinin, xx.xx.2024-cü il tarixli, EQ 23935819 saylı, xx.xx.2024-cü il tarixli, EQ 23972530 saylı, xx.xx.2024-cü il tarixli, EQ 24035712 saylı, xx.xx.2025-ci il tarixli, EQ 26261327 saylı, xx.xx.2025-ci il tarixli, EQ 27215729 saylı, xx.xx.2025-ci il tarixli, EQ 28808562 saylı qərarların surəti şikayətə əlavə olunmamışdır. Qeyd edilən halların işə baxılarkən tamamlanması mümkün olmadığından, X1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 132-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1 qaytarılsın. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar