Məhkəmə qərarları › İş №3(027)-660/2021

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-660/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-660/2021 07.09.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba rayon İİ Nügədi bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xaçmaz Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Quba rayon İİ Nügədi bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 20 avqust 2021-ci il tarixli, 1063301№li protokol tərtib olunaraq baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs İİ Nügədi bələdiyyəsinin 06.08.2021-ci il tarixli 09 nömrəli iclas qərarını inzibati nəzarəti keçirən orqana 5 iş günündən gec göndərmişdir. İşə baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vaxtında məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan vəsatət daxil olmamışdır. Belə olan halda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. İş materiallarını nəzərdən keçirib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edirəm ki, Quba rayon İİ Nügədi bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 549.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinin və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə əsasən mütləq təqdim olunan bələdiyyə aktı kimi həmin iclas protokolunun surəti 5 iş günü ərzində Xaçmaz Regional Ədliyyə Şöbəsinə təqdim edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 549.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112, 113, 114-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Quba rayon İİ Nügədi bələdiyyəsinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar