Məhkəmə qərarları › İş №3(027)-661/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-661/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-661/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə Quba rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ-dən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində özünə məxsus “Aynur” oteldə yaranmış mübahisə zamanı otelin işçisi Zərərçəkmiş şəxs qollarından tutaraq dartışdırmış, ona fikizi ağrı yetirmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib edən şəxs Quba RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində özünə məxsus “Aynur” oteldə yaranmış mübahisə zamanı otelin işçisi Zərərçəkmiş şəxs qollarından tutaraq dartışdırmış, ona fikizi ağrı yetirmişdir. Protokol təhqiqatçının qərarına əsasən tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, hal-hazırda Quba rayonunda yerləşən “Aynur” oteli işlədir. Zərərçəkmiş şəxs uzun müddətdir ki, Aynur oteldə xadiməçi kimi işləyir. Bir dəfə evini su basmışdı, sonuncunu rəfiqəsi ilə birlikdə evə təmizliyə aparmışdı. Sonra evi sus basdığına görə ailəsinə səsini yüksəltmişdir. Həmin şəxslər bu hadisədən sonra onun barəsində işdə artıq-əskik danışmağa başladılar. Maisənin rəfiqəsini işdən çıxarmışdır. Sonra görmuşdür ki, Maisə qeydiyyat bölməsində əyləşib. Ona işi ilə məşğul olmasını bildirmişdir. Maisə Elxan müəllimi gözlədiyini qeyd etmişdir. O, bundan sonra Maisənin nöqsanlarına görə irad bildirmişdir. Bu zaman Maisə nalayiq ifadə işlətmişdir. Ev söhbətini yenə dilinə gətirmişdir. Maisəni də rəfiqəsi kimi işdən çıxarmışdır. Bu zəmində aralarında söz mübahisəsi yaranmışdır. Turan Maisəni və onu sakitləşdirmişdir. O, Zərərçəkmiş şəxs vurmamış sadəcə qollarından tutaraq çölə çıxması üçün dartmışdır. Həmin əməlinə görə peşmandır və ona görə qarşı tərəfdən üzr istəyir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Quba rayonunda yerləşən “Aynur” otelində xadiməçi kimi işləyirdi. Təxminən 1 aydır ki, üzərinə nəzarətçi kimi Vüsalə adlı qadın işə müdriyyət düzəltmişdir. Vüsalə gəldikdən sonra işdə olan digər xadiməçiləri işdən azad etmişdir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində oteldə usta işləyən Baba adlı şəxsə demişdir ki, niyə işçiləri işdən azad edir və bu onun işi üçün çətinlik yaradır. Bundan sonra Vüsalə yanına gələrək üstünə acıqlı formada qışqırmağa başlamışdır. Sonuncu onunla kobud danışmışdır. O, pis olaraq işdən çıxıb getmək istəmişdir. Bundan sonra müdriyyət olan Elxanı gözləməyə başlamışdır. Saat 10 radələrində oteldə birinci mərtəbədə olduğu zaman müdriyyət Elxanın oğlu olan Ziyanın yanına gəlmişdir. Ziya üzərinə gələrək sol sifət nahiyyəsindən sillə ilə bir dəfə vurmuşdur. Daha sonra Ziya qollarından tutub onu divara çırpmışdır. Nalayiq ifadələr işlətməyə başlamış və onu yuxarı müdir otağına çağırmışdır. O, həmin otağa keçmişdir. Bu zaman Ziya orda olan taxta stulu götürüb baş nahiyyəsindən vurmaq istəyən zaman ora gələn kassir Turan araya girib stulu Ziyanın əlindən almışdır. O, ordan çıxıb getmişdir. Baş vermiş hadisə 3-4 dəqiqə davam etmişdir. Həmin vaxtı yanında Turan və Tahir adlı işçilər olmuşdur. O, xəstəxanaya müraciət etməmişdir. Onun məqsədi Şəxs cəza verilməsi deyil, işlətdiyi nalayiq ifadələrə görə Şəxs ondan üzr istəməsi və əməlindən peşman olmasıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş “Aynur” oteldə çalışan X3 ifadəsində bildirmişdir ki, həmin günü o bufetdə idi. Birdən-birə səs-küy yarandığını görüb çölə çıxmışdır. O, həmin vaxt qeydiyyat bölməsində olmamışdır. Lakin Şəxs tərəfindən Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirilməmişdir. O, həmin şəxsləri sakitləşdirmək üçün Maisəyə çıxıb getməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş həmin oteldə çalışan digər şəxs X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində “Aynur” oteldə yaranmış mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. İş materiallarına əlavə edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 aprel 2025-ci il tarixli qərarından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Quba rayonu ərazisində yerləşən “Aynur” otelində Şəxs və Zərərçəkmiş şəxs arasında işlə bağlı mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs Zərərçəkmiş şəxsnm qollarından tutub onu dartışdıraraq sonuncuya fiziki ağrı yetirmişdir. Qeyd olunan xüsusat alınmış ərizə, izahatlar, xəstəxana məlumatı ekspert rəyi və digər təhqiqat sənədləri ilə sübuta yetirilmişdir. Toplanmış materialdan göründüyü kimi Zərərçəkmiş şəxs qızma Şəxs fiziki ağrı yetirməsi öz təsdiqini tapmışdır. Toplanmış materialda Şəxs əməlində heç bir cinayət tərkibi olmadığından sonuncu barəsində cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. MTE-nin xx.xx.2025-ci il tarixli 194 saylı rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası əsasında bədəni üzərində obyektiv olaraq hər hansı xəsarət və onun izi aşkar olunmamışdır. xx.xx.2025-ci il tarixdə Quba RMX-dan daxil olmuş xəstəxana məlumatında göstərilmişdir ki, Zərərçəkmiş şəxs “kəllənin əziyi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Zərərçəkmiş şəxs deməsinə görə döyülərək xəsarət almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək və müəyyən olunmuş müddətin keçdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həqiqətən də Şəxs Zərərçəkmiş şəxs qolundan tutaraq dartması nəticəsində şəxsin AR İXM-in 157-ci maddəsi ilə təqsirli olması məhkəmə tərəfindən müəyyən edilmişdir. Lakin nəzərə alınmalıdır ki, hazırki əməl üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar 10 aprel 2025-ci il tarixdə qəbul edilmiş, lakin 15 iyul 2025-ci ildə, yəni qeyd edilən qərar qəbul edildiyi gündən 3 ay 5 gün sonra Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq protokolla müraciət edilmişdir. AR İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanılmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərədə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərədə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə nəzərə alaraq məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddət başa çatdığından AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 157 və 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar