Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-662/2021 25.08.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X6, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun və onun müdafiəçisi Quba rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə iştirakı ilə xx.xx.1971-ci ildə Quba rayonu Alekseyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Quba rayonu Alekseyevka kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin 23.01.2014-cü il tarixli, 2(027)-25 saylı və Sumqayıt Apellyasiya Məhkəməsinin 19.01.2016-cı il tarixli, 2(105)-187 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X11 tərəfindən 25 avqust 2021-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru X11 məhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon Məhkəməsinin 23.01.2014-cü il tarixli, 2(027)-25 saylı icra sənədinə əsasən, 27.02.2007-ci il tarixdə doğulmuş X5, 09.02.2008-ci il tarixdə doğulmuş X7 və 21.10.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər uşağa görə ayda 70 manat olmaqla, Şəxs hər ay 210 manat aliment tutularaq, X3 ödənilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 19.01.2016-cı il tarixli, 2(105)-187 saylı icra vərəqəsindən görünür ki, 7-8 yaşlı 1 baş ağqara cinsli inək və ya onun dəyəri olaraq 975 manat pul Şəxs alınaraq X3 verilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına 13.01.2015-ci il tarixlərdə və 25.06.2016-cı il tarixdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub-olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu Şəxs Quba Rayon Məhkəməsinin 2(027)-25/2014 saylı 23.01.2014-cü il tarixli icra sənədi üzrə bu günə qədər 13141 manat tələbkarın xeyrinə ödəniş etmiş, lakin bu günə 4919 manat məbləğində borcu vardır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-187/2016 saylı 19.01.2016-cı il tarixli icra sənədi üzrə isə 1350 manat ödəniş etmiş, lakin bu günə 1539 manat 20 qəpik məbləğində borcu vardır. Hər iki məhkəmə qərarı üzrə ümumilikdə 6458 manat 20 qəpik borc yaranmışdır. Borclu Şəxs icra sənədləri üzrə yaranmış borc məbləğlərini ödəməsi təklif olunsa da o, müxtəlif bəhanələr gətirərək qeyd olunan məbləği ödəməkdən boyun qaçırmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin icra sənədlərini icra etməkdən boyun qaçırmamışdır. Bu icra sənədlərini maddi imkanı olmadığından icra edə bilməmişdir. Özü hal-hazırda heç yerdə işləmir, maddi vəziyyəti ağırdır. Həmçinin mülkiyyətində daşınmaz əmlakı, banklarda əmanətləri, aylıq qazancı, borcun ödənilməsi üçün hər hansı vəsaiti yoxdur. Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs aliment üzrə borcları yaranmış, borclu maddi imkanı olsa da alimenti qəsdən ödəmir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-25/2014 nömrəli, 23.01.2014-cü il tarixli icra sənədindən görünür ki, 27.02.2007-ci il tarixdə doğulmuş X5, 09.02.2008-ci il tarixdə doğulmuş Yunusov Heybət İlqar oğlu və 21.10.2009-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sabit pul məbləğində hər uşağa görə ayda 70 manat olmaqla, Şəxs hər ay 210 manat aliment tutularaq, X3 ödənilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2014-cü il tarixli, 2(105)-946/2014 saylı qətnaməsindən görünür ki, Şəxs apellyasiya şikayəti təmin edilməmiş, Quba rayon Məhkəməsinin 23 yanvar 2014-cü il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 19 yanvar 2016-cı il tarixli, 2(105)-187/2016 saylı qətnaməsindən görünür ki, 7-8 yaşlı 1 baş ağ-qara cinsli inək və ya onun dəyəri olaraq 975 manat pul Şəxs alınaraq X3 verilməlidir. Qeyd edilən icra sənədlərinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə, baxmayaraq o, icra sənədlərini icra etməmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 25 avqust 2021-ci il tarixdən saat 17:50-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. Həbsin əvvəli 25 avqust 2021-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-662/2021
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-662/2021
25.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver