Məhkəmə qərarları › İş №3(027)-663/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-663/2020

06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-663/2020 06.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçin, Zərərçəkmiş X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci ildə Quba rayonu, Zizik kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Quba rayon İcra və probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya Şöbəsindən daxil olan inzibati xəta haqqında materiala əsasən Şəxs Quba rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(027)-43/2015 nömrəli, xx xxxxx 2019-cu il tarixli, 2(027)-904/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2649/2019 nömrəli, xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2729/2019 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 2(027)- 536/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 2(027)-460/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli, 2(027)-603/2020 nömrəli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bu barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviç tərəfindən xx xxxxxx 2020-ci il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli protokol tərtib olunaraq, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Məmmədov Vahid Aqiloviçməhkəməyə verdiyi izahatında göstərdi ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10000 manat məbləğində pul və 19 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X3 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 3500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, tələbkar X6 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X4 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2729/2019 saylı icra vərəqəsinə əsasən borclu Adıgözəlov Əzməmməd Bəhərçin oğlu və Şəxs müştərək qaydada 2000 manat məbləğində pul, 30 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb tələbkar X5 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs tələbkar X10 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X8 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-603/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 10900 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb tələbkar X5 verilməlidir. Qeyd olunan icra vərəqələri müvafiq olaraq xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin borclu icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etməmişdir. Bununla bağlı icra sənədinin icrasını səmərəli təmin etmək məqsədilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olubolmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Borclu bu vaxta qədər tələbkarlardan yalnız X2 xeyrinə cəmi 2620 manat ödəniş etmişdir. Hazırda icra sənədləri üzrə qalıq borc 59939 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 2(027)-43/2015 saylı icra vərəqəsinə əsasən ondan 10000 manat məbləğində pul və 19 manat məbləğində dövlət rüsumu alınaraq tələbkar X3 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-904/19 saylı icra vərəqəsinə əsasən ondan 3500 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq, tələbkar X6 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2649/19 saylı icra vərəqəsinə əsasən ondan 6000 manat vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 60%-ni təşkil edən 12 manat alınaraq tələbkar X4 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2729/2019 saylı icra vərəqəsinə əsasən borclu Adıgözəlov Əzməmməd Bəhərçin oğlu və ondan müştərək qaydada 2000 manat məbləğində pul, 30 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb tələbkar X5 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-536/2020 saylı icra vərəqəsinə əsasən ondan tələbkar X10 xeyrinə 26000 manat məbləğində pul tutulmalıdır. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-460/2020 saylı icra vərəqəsinə əsasən ondan 5000 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat və hüquqi yardıma görə ödənilmiş 50 manat məbləğində pul vəsaiti alınıb tələbkar X8 verilməlidir. Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-603/2020 saylı icra vərəqəsinə əsasən ondan 10900 manat, dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb tələbkar X5 verilməlidir. Bildirmişdir ki, apelyasiya Odur ki, qərar qəbul edilərkən, qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahat verərək göstərdi ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2729/2019 saylı icra vərəqəsinə əsasən borclu Adıgözəlov Əzməmməd Bəhərçin oğlu və Şəxs müştərək qaydada 2000 manat məbləğində pul, 30 manat məbləğində hüquqi yardım xərci və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaiti alınıb ona verilməlidir. Borclu bu günki tarixə qədər onun xeyrinə heç bir ödəniş etməmişdir. O, borcunun tam şəkildə ödənilməsini tələb edir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun tədbir görülməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş digər zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması sübuta yetirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bununla da məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması məhkəmə araşdırması zamanı öz təsdqini tapmışdır. Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini və şəxsiyyətini nəzərə alaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 12:15-dən hesablansın. Qərarın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar