Məhkəmə qərarları › İş №3(027)-663/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-663/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-663/2025 07.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1, iştirakı ilə, X1 Quba RPŞ-nin YPX-nin polis mayoru X2 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inizabti tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X3 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 342.5-ci maddələrinə əsasən 400 manat məbləğində cərimə olunmağı barədə 09 iyul 2025-ci il tarixli, ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 05 iyul 2025-ci il tarixində, Opel ASTRA Minik markalı, ** BV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə işə getmək üçün Quba şəhəri, M.Qorki küçəsi ilə hərəkətdə olarkən Quba RPŞ YPX-nin əməkdaşı X6 tərəfindən saxlanıldı. O, onun içkili olub-olmadığını soruşdu. Heş bir yoxlama olmadan onu Polis Şöbəsinə aparıldı, Şöbədə təsir altında alkotesterə üfürməyi tələb edildi. Aparatın başlığı dəyişdirlmədi, başlıq taxılmış hazır vəziyyətdə gətirildi. Həkim müayinəsindən keçirilməyini və alkotesterin başlığının yenisi ilə əvəz olunmasını tələb etsə də əməl olunmadı. Avtomobili qohumu şöbədən çıxardı və Qubada həkim müayinəsindən keçə bilmədiyindən Xaçmaz MRX-ya gedərək müayinə olundu və müvafiq rəyi aldı. Həmin rəylə sərxoş olmadığı öz əksini tapır. Buna baxmayaraq həmin gün barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olundu. Protokolda Azərbaycan Respublikası İXM-nin 333.1-ci və 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətnı törətməyi qeyd olunmuşdur. 09 iyul 2025-ci il tarixində Quba RPŞ YPX-nin polis mayoru X4 tərəfindən həmin protokola baxılaraq TP ******* nömrəli inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Həmin qərarda düzgün olmayaraq onun tərəfindən avtomobilin sərxoş vəziyyətdə idarə olunması, həmçinin şüşə silgəclərinin və şüşəyuyanların nasaz olması yazılmışdır. O, hesab edir ki, onun barəsində çıxarılmış həmin qərar əsassızdır, bu qərar ilə razılaşmır. Onun tərəfindən heç bir inzibati xəta hadisəsi törədilməmişdir, bu qərar heç bir əsas olmadan çıxarılmışdır. Hansı ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ona istinad olunan inzibati xətanın törədilməsində təqsirini sübuta yetirmək vəzifəsi bu icraatı başlamış vəzifəli şəxsin üzərinə düşür. Beləliklə barəsində tərtib edilmiş yuxarıda göstərilən inzibati xəta haqqında qərar qanunun tələbləri pozulmaqla tərtib edilmişdir. Heç bir inzibati xəta törətmədiyi halda haqqında inzibati tənbeh tədbiri görülmüşdür. Protokol tərtib edilən gün Xaçmaz MRX-da tibbi müayinədən keçməyi barədə tibbi aktdan də məlum olur ki həmin gün o sərxoş olmamışdır. Aktda “ayıq vəziyyət” rəyi yazılmışdır. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Quba RPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə Quba RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 İXP ******* saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələri ilə təqsirli bilinib, 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli 60 №li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X1 ayıq vəziyyətdə olduğu göstərilmişdir. Nəqliyyat vasitəsini idarə edənin sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 29 nömrəli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları» ilə müəyyən edilir. Belə ki, həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promili və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir göstərən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, Quba RPŞ-nin YPX-nin polis mayoru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP7099136 nömrəli protokola əsasən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333.1-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar qəbul edilmiş və həmin qərara əsasən 400 manat məbləğində cərimə edilmişdir. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 60 №li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən X3 xx.xx.2025-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati iş yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar