Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-666/2023 28.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən Quba rayon Məhkəməsinin hakimi Həsənov Rahim Təşəkkül oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Quba Rayon Polis X6 Polisi əməkdaşları tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 342.5-ci və 327.2-ci maddələrinə əsasən tərtib edilmiş İnzibati Xəta haqqında protokolun ləğv edilməsi və İnzibati Xəta haqqında protokolu bu günədək ona təqdim edilməməsinə görə, inzibati Xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 ərizə ilə məhkəməyə müraciət edərək, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında əlavə olunmuş materialları araşdırıb hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-6.2-ci maddəsinə əsasən Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Məhkəmə belə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 127-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba RPŞ tərəfindən tərtib edilən İnzibati Xətalar Məcəlləsinin 342.5 və 327.2-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-666/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-666/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver