Məhkəmə qərarları › İş №3(027)-667/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-667/2020

24.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-667/2020 24.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Məmmədzadə Mətləb Sahib oğlunun katibliyi, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1992-ci ildə Quba rayonu, Qalaxudat kəndində anadan olmuş, Quba rayonu, Qalaxudat kəndində qeydiyyatda olan və yaşayan (Fərdi İdentifikasiya Nömrəsi xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, xx xxxxxx 2020-ci il saat 16 radələrində Quba şəhəri, G.Əsədov küçəsi ilə S.Axundzadə küçəsinin yol ayırıcında Şəxs idarə etdiyi “VAZ-21214” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə “Chevrolet Aveo” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində Nahid Musayev yüngül, onun sərnişini Ruhanı İbrahimova ağır dərəcəli, “VAZ-21214” markalı avtomobilin sərnişini X3 isə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almışlar. Bu barədə Quba rayonu Təbliğat üzrə inspektor polis mayoru X5 tərəfindən xx xxxx 2020-ci il tarixdə, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək məhkəməyə verdiyi izahatında bildirdi ki, “VAZ-21214” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və 2017-ci ildən idarə edir. Hadisənın baş verdiyi gün, yəni xx xxxxxx 2020-ci il saat 16 radələrində sürücülük vəsiqəsi əsasında idarə etdiyi avtomobillə Quba şəhəri, G.Əsədov küçəsi ilə düzünə istiqamətdə təxminən 50-60 km/saat sürətlə hərəkətdə olmuşdur. Avtomobilin arxa sağ sərnişin oturacağında oğlu 2009-cu il təvəllüdlü X3 əyləşmişdir. G.Əsədov küçəsi ilə S.Axundzadə küçəsinin yol ayırıcına girərkən sağ-sola baxmadan diqqətsizlik edərək yolayrıcına daxil olaraq idarə etdiyi avtomobilin sağ tərəfi ilə “Chevrolet Aveo” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfi toqquşmuşdur. Hadisə zamanı sərxoş olmamış, hadisə nəticəsində xəsarət almamış, oğlu Murad isə başından yüngül xəsarətlər almışdır. ** RE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nahid Musayev və sərnişini Ruhanə İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Hazırda əməlindən peşman olduğunu, qəza nəticəsində dəymiş ziyanı ödədiyini bildirərək, barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, “Chevrolet Aveo” markalı, ** RE *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və avtomobili 2020-ci ilin yanvar ayından idarə edir. İdarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hadisənın baş verdiyi gün, yəni xx xxxxxx 2020-ci il saat 16 radələrində srücülük vəsiqəsi əsasında idarə etdiyi avtomobillə Quba şəhəri, S.Axundzadə küçəsində X2 müştəri qismində avtomobilin ön sərnişin oturacağına əyləşmişdir. Həmin küçə ilə təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən G.Əsədov küçəsi ilə S.Axundzadə küçəsinin yol ayırıcında “VAZ-21214” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət hissəsində olan STOP” nişanının tələbini pozaraq, yolayrıcına avtomobilini dayandırmadan birbaşa daxil olaraq idarə etdiyi avtomobilin sağ və ön tərəfləri ilə ** BX *** qeydiyyat nişanlı avtomobilin sağ tərəfi toqquşmuşdur. Toqquşma zamanı hadisədən yayınmaq üçün tormozlayaraq sükanı sağa tərəf döndərmişdir. Toqquşma anında onun başı sükana dəymiş, idarə etdiyi avtomobil yoldan çıxaraq yolun kənarındakı fəaliyyət göstərməyən, içərisi boş olan köşkə dəyib dayanmışdır. Onun başı patlayaraq qab gəlmişdir. X1 başı avtomobilin ön alın şüşəsinə və sükana dəydiyindən huşunu itirmişdir. ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini də xəsarət almışdır. Şəxs qarşı tələb və şikayətinin olmadığını bildirərək barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Müvafiq qaydada işə baxılmasının yeri və vaxtı barədə xəbərdar olunmuş digər zərərçəkmiş şəxslər və Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X9 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin Samir Sultanovun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan zərərçəkmiş şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, onun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur, hadisə zamanı ona hər hansı maddi zərər dəyməmiş, dəymiş zərərlə bağlı sığorta şirkəti tərəfindən ona pul ödənişi edilmişdir. Ona görə də onun barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin, zərərçəkmiş şəxs X7 ərizə verərək, zərərçəkmiş şəxs Şəxs qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 32, 33, 114, 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar