Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 3(027)-667/2024 20.08.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta protokolu və ona əlavə olunmuş sənədləri araşdırıb, m ü ə y y ə n e t d i m: Nəsimi rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 03 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və 20 avqust 2024-cü il tarixdə baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edirəm ki, 03 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. 03 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs yaşayış yeri Qubadlı rayonu Qayalı kəndidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə Nəsimi rayon DYPŞ-nin polis mayoru X2 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında 03 iyul 2024-cü il tarixli, İXP ******* nömrəli protokol və digər sənədlər Nəsimi rayon DYPŞ-nin polis mayoru X1 qaytarılsın. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №3(027)-667/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №3(027)-667/2024
20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver