Məhkəmə qərarları › İş №3(027)-668/2020

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-668/2020

19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-668/2020 19.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1969-cu ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Quba rayonu, Zizik kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Quba rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi : Məhkəməyə daxil olmuş inzibati xəta hadisəsi barədə protokola əsasən Şəxs xx xxxx 2020-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi Vaz-2106 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Quba şəhəri, H.Əliyev prospekti ilə üzü “ASAN” xidmətə doğru hərəkət edərkən, “Qafqaz Oil” YDM-in yaxınlığında işıqforu keçərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinin tələblərini pozaraq, yolun sağ tərəfindən sol tərəfinə hərəkət edən velosipedçi X2 avtomaşının qarşı tərəfi ilə vuraraq yerə yıxmış və sonuncunun sağlamlığına qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti almışdır və buna əsasən protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs ona elan olunmuş inzibati xətada özünü təqsirli bilməyərək göstərdi ki,xx xxxx 2020-ci il tarixdə saat 08 radələrindəidarə etdiyi Vaz-2106 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Quba şəhəri, H.Əliyev prospekti ilə üzü “ASAN” xidmətə doğru hərəkət edərkən, “Qafqaz Oil” YDM-in yaxınlığında işıqforu keçəndən sonra qəflətən onunla paralel yan zolağı ilə hərəkət edən avtomarşrurun sağ tərəfindən hərəkət edən velosipedin sürücüsü onu sağdan ötüb sol tərəfə hərəkət edib onun qarşısına çıxaraq yolu keçmək istəmişdir. O, dərhal əyləci basıb avtomaşını dayandırmaq istəmiş və avtomaşını sola çəkmişdir, lakin həmin velosipedçini avtomaşının qarşı tərəfi ilə vurmuş, velosipedçi də velosipeddən aşaraq yerə yıxılmışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə Quba RPŞ-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən və bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görəiki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol və digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməlləri düzgün olaraq İXM-nin 327.8-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əməllərə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əməllərə qiymət verilməsi baxımından kifayət edir. MəhkəmədəinzibatixətatörətmişşəxsŞəxs məsuliyyətiniyüngülləşdirənhal aşkar edilmədi. MəhkəmədəŞəxs məsuliyyətiniağırlaşdıranhalaşkar etmədi. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq,inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsinə gəlir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 327.8, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikas ıİXM-nin 327.8-ci maddəsiilətəqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti veriləbilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar