Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-668/2022 01.07.2022 QUBA RAYON MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ : X1 rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, DİN-nin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Quba rayonu Qorxmazoba kəndində yaşayır, evi meşə zolağının yaxınlığında yerləşir, uzun müddət çay kənarında boş sahədə özü üçün tərəvəz məhsulları əkib-becərmiş, sərinlik üçün meşə ağacları əkmiş və həmin sahəni hasara almışdır. Belə ki, həmin ərazini Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları 2022-ci ildə bir neçə nəfər kənar şəxslə gəlib həmin şəxslərə intensiv bağ salmaq üçün vermək istəmişlər, kənd camaatı ərizə yazaraq torpağı həmin şəxslərə təhvil verməyə imkan verməmişlər. 16 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları yaşadıqları ünvana gələrək onun X8 X2 meşəçiliyinin 5 saylı dolayısında 32-ci kvartaldakı ərazidə qanunsuz ağac kəsərək X7 torpağını zəbt etdiyini və bu barədə protokol tərtib etdiklərini bildirmişlər. O, ağac kəsməmiş, torpağı zəbt etməmiş, həmin sahədə boş torpaq zolağı olub və o, digər həmkəndliləri kimi torpağı hasara almadan meyvə-tərəvəz əkmiş, həmin torpaq sahəsinin X7 torpağı olmasını bilməmiş, protokola imza etməkdən imtina etmiş və ona 27 may 2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən 57,20 manat cərimə olunduğu barədə iddia tələbi gəlmişdir. Onu xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər. O, orada da öz etirazını bildirmiş və xx.xx.2022-ci il tarixdə 5 saylı Regional Ekoligiya və Təbii Sərvətlər İdarəsindən ona 700 manat inzibati qaydada cərimə olunmuşdur. O, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 03 iyun 2022-ci il tarixli inzibati tənbeh haqqında qərarı ilə razılaşmır, qərar qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. X8 Təsərrüfatı Mərkəzinin əməkdaşları qanun tələbini pozaraq protokol belə tərtib etməmiş, bununla da Azərbaycan Respublikası İXMnin 100-cü maddəsinin tələblərini pozmuşdur. Beləliklə qeyd etdiyi faktlarla sübut edilir ki, xx.xx.2022-ci il tarixli akt qanunsuz, qanun pozuntusu ilə, qərəzli tərtib edildiyindən ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 tərəfindən X8 X2 meşəçiliyinin 5 saylı dolayısında 32-ci kvartalındakı tinglik ərazidən 0,26 ha torpaq sahəsində təbii bərpa və yeniyetmələri məhv edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 700 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, həmin qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun tərtib edilmişdir. Şikayətçi həmin qərarın ləğvi üçün əsaslı dəlillər məhkəməyə təqdim etməmişdir. Həmçinin həmin qərarın ləğvi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə hesab edir ki, X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Çünki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə riayət etməyərək, yük daşıma qaydalarını pozmuşdur. Ona görə də Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №3(027)-668/2022
Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-668/2022
01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver