Məhkəmə qərarları › İş №3(027)-669/2025

Quba Rayon Məhkəməsi Qərar — İş №3(027)-669/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(027)-669/2025 18.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Xəlilova Nigar Nemət qızının, Məhkəmə iclas katibi X3, Protokolu tərtib edən şəxs X5. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1999-cu il tarixdə Quba rayonu, Yuxarı Tüləkəran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM) 510-cu maddəsilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba RPŞ-nin İTB-nin polis sahə rəisi, polis mayoru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu madddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, MN 2215591-2955 №-li protokol tərtib edilmişdir. Həmin protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci ildə saat 00:01-də Quba şəhəri, Heydər Əliyev prospektində Asan xidmətin yaxınlığında ucadan ünvansız söyüş söymüşdür. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin polis sahə rəisi, polis mayoru X10 protokolu müdafiə etdiyini və həmin protokolu raport əsasında tərtib edildiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, hadisə baş verən gün o, söz mübahisəsi etdiyini, söyüş söydüyünü xatırlamadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları X7 və X4 ifadələrində göstərmişlər ki, xx.xx.2025-ci il tarixində saat təxminən 00:01 radələrində xidmətdə olduğları zaman Manqa komandirinin göstərişi ilə Heydər Əliyev prospektində “Asan Xidmət” dairəsində olan Yol Patrol Xidmətinə köməyə gəlmişlər. Onlar həmin vətəndaşlara yaxınlaşıb özlərini təqdim etmişlər. vətəndaşların birindən kəskin spirtli içki qoxusu gəlirdi və ünvansız küçə söyüşləri söyürdü. Həmin şəxslərin ikisini qanuni tədbir görülməsi üçün RPŞ-nə təhvil vermişlər. RPŞ-də məlum oldu ki, həmin şəxslərdən biri Quba rayon sakinləri Şəxsdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokol tərtib edən şəxsi və şahdiləri dinləyərək, hesab edir ki, toplanmış sübutlarla X1 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilən inzibati xətanı törətməsində təqsirli olması sübuta yetir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə ilk dəfə inzibati xəta törətməsini Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. İş materiallarına əsasən Şəxs inzibati məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq, məhkəmə hesab edir ki, X2 cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112- 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 50 (əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar